Page 168 - alberto moravia_Макет 1
P. 168

Alberto Moravia



                                      VI fәsil


                Havalar xoş keçsә dә, ingilis bombaları vә alman basqınları
            günümüzü göy әsgiyә bükmüşdü. Tonto bizә bu basqınlardan
            danışmışdı, amma onun dediklәrinә fikir verәn, narahat olan
            yox idi. Gәlib bizim yanımızda gizlәnәn bir neçә kәndli dә
            onun dediklәrini tәkrarlayandan sonra canımıza vicvicә düşdü.
            Onlar danışırdılar ki, vadidә tuthatutdur, almanlar işlәyә bilәn
            kişilәrin hamısını maşınlara doldurub, harasa aparıblar. Kimi
            deyirdi, onları cәbhә xәttini möhkәmlәndirmәk, istehkam
            tikmәk üçün aparıblar, kimi dә iddia edirdi ki, tutulanlar birbaşa
            Almaniyaya göndәrilir.  Tezliklә daha bir pis xәbәr eşitdik:
            gecәyarısı almanlar yaxınlığımızdakı vadini mühasirәyә alıb
            dağın başına qalxmış, bütün әtrafı “darayaraq”, insanları balıq
            kimi tora salmış, yük maşınlarına doldurub harasa aparmışdılar.
            Qaçqınların canına qara-qorxu doldu – onların arasında, heç
            olmasa, dörd-beş kişi vardı ki, faşistlәrin qılıncının dalı da,
            qabağı da kәsdiyi vaxtlarda ordudan qaçmışdılar. Almanlar bu
            adamları xain sayır, onları xüsusi şövqlә axtarırdılar, әlә keçirәn
            kimi dә aradan götürür, ya da öz “günah”larını yumaları üçün
            harasa qul kimi işlәmәyә göndәrirdilәr. Hamıdan çox hәmin
            cavanların valideynlәri narahat idi, Filippo isә, ümumiyyәtlә,
            qorxudan sarısını udmuşdu. O, tez-tez üzünә ağ olmasına bax-
            mayaraq, oğlu Mikeleni çox istәyir, onunla fәxr edirdi. Qaçqınlar
            Filipponun evindә mәşvәrәt elәyib, bu qәrara gәldilәr ki, yaxın
            günlәrdәn başlayaraq, basqınlar qurtarana kimi, hәr gün sәhәr
            tezdәn cavanlar bir-bir dağın başına qalxacaq vә yalnız şәr
            qarışandan sonra evә qayıdacaqlar. Almanlar onların ardınca
            dağa qalxsa, oradakı gizli cığırlarla başqa dağa keçmәk vә ya
            qonşu vadiyә enmәk olardı. Almanlar da insandır, әvvәl-axır
            dağlara dırmaşmaqdan bezәcәklәr, hәr halda, bir-iki adamı tut-
            maqdan ötrü dünyanı dörd dolaşası deyillәr. Doğrusu, Mikele
            qaçıb dağlarda gizlәnmәk istәmirdi – cәsur, igid adam olduğunu


             168
   163   164   165   166   167   168   169   170   171   172   173