Page 164 - alberto moravia_Макет 1
P. 164

Alberto Moravia


                Onun yaralandığını zәnn etdim, Rozettanı sağ-salamat
            tapanda bәrk sevindiyim üçün xәcalәt çәkmәyә başladım,
            hәtta fikirlәşdim ki, ola bilsin, yanımda adam ölür, doğrudur,
            ondan xoşum gәlmir, amma hәr halda, insandır, lap hәmişә öz
            xeyrini güdsә dә, bizә çox kömәyi dәyib. İnilti sәslәri gәlәn
            tәrәfә qaçdım. Fikirlәşirdim ki, Tommazinonu qan içindә yerә
            yıxılmış görәcәyәm. Onu mağarada tapdım. Әslindә, buna
            mağara da demәk olmazdı, o, qayadakı oyuqlardan birindә
            gizlәnmişdi, kәnardan baxanda qınına çәkilmiş ilbizә oxşayırdı.
            Başını әllәri arasına alıb, bәrkdәn zarıyırdı. Ona dedim:
                – Tommazino, hәr şey qurtardı… Bu dәlmәkdә neynirsәn?..
            Şükür Allaha, bizә heç nә olmadı.
                O, cavab vermәk әvәzinә, yenә zarımağa başladı:
                – İlahi, mәnim Madonnam…
                Çox tәәccüblәndim vә sәrt sәslә dedim:
                – Çıx oradan, Tommazino, vadiyә getmәliyik, sonra gec
            olacaq.
                – Mәn heç yerә getmәyәcәyәm, – dedi.
                – Necә yәni, burada qalmaq istәyirsәn?
                – Aşağıya enmәyәcәm… Dağın başına qalxacam, әn yüksәk
            zirvәyә, әn dәrin mağaraya, yerin altına girib, orada qala-
            cam… artıq mәnә heç nә lazım deyil.
                – Bәs işlәrin necә olacaq, Tommazino?
                – Cәhәnnәm olsun işlәr.
                Deyәsәn, indiyәcәn özünü oda-közә vuran, heç vaxt işindәn
            qalmayan Tommazino zarafat elәmirdi, başa düşdüm ki, tәkid
            etmәyin xeyri yoxdur. Amma hәr ehtimala qarşı dedim:
                – Heç olmasa, bizi aşağıya kimi ötür… Narahat olma, bu
            gün tәyyarәlәr qayıtmayacaq.
                – Özünüz gedin… – dedi, – mәn qalıram.
                O, yenә dә dala-qabağa yırğalana-yırğalana Madonnanı
            çağırmağa başladı. Onda biz onunla sağollaşıb, cığırla aşağıya,
            vadiyә üz tutduq.
                Vadidә, portağal bağının kәnarında budaqlarla örtülmüş
            tank vә mavi, yaşıl, qәhvәyi lәkәlәri olan çadır gördük. Altı-


             164
   159   160   161   162   163   164   165   166   167   168   169