Page 169 - alberto moravia_Макет 1
P. 169

Çoçara


          göstәrmәk üçün yox, ona görә ki, hәmişә özü bildiyi kimi
          hәrә kәt etmәyi xoşlayırdı. Amma anası onu dilә tutmağa baş -
          la dı, dedi ki, qoy heç olmasa, onları düşünsün. Qadın, nәhayәt,
          Mike leni razı sala bildi.
             Rozettayla mәn dә onlarla getmәyә qәrar verdik. Yox, biz
          qorxmurduq, axı almanlar qadınları tutub aparmırdılar, sadәcә
          maçerada darıxırdıq, hәm dә Mikeleyә öyrәşmişdik, ondan
          ayrılmaq istәmirdik. O dövrdә yaşadıqlarımızı heç vaxt unut-
          maram. Paride hәr sәhәr, xoruz banında gәlib bizi oyadırdı.
          Biz hisli çırağın zәif işığında tәlәm-tәlәsik geyinir, qaranlıq,
          soyuq havaya çıxırdıq. Maçeranın üstündә artıq kölgәlәr
          dolaşır, daxmaların pәncәrәlәri bir-birinin ardınca işıqlanmağa
          başlayırdı. Biz Mikeleni axtarıb-tapırdıq. Bir-birinin üstündәn
          geydiyi toxunma yun köynәklәrdә Mikele mağaralarda yaşayan,
          orada gizlәdilmiş sәrvәti qoruyan qnoma oxşayırdı. O, hәmişә
          irәlidә gedir, bizsә sakitcә onun arxasınca addımlayırdıq.
             Qaranlıqda göz-gözü görmürdü, amma Mikele özüylә
          götürdüyü kiçik fәnәrlә yolumuza işıq salmağa çalışırdı. Biz
          hündür, sıx kolluqları yara-yara, buz bağlamış cığırla dağa
          qalxırdıq. Birazdan dağların arxasında dan yeri ağarmağa
          başlayır, sәma boz rәngә çalırdı. Bu vaxtlarda ulduzlar daha
          işıqlı, daha parlaq görünürdü. Ulduzlarla süslәnmiş boz sәmanın
          fonunda dağlar zil qara rәngә çalırdı, amma birazdan onlar da
          yaşıllaşır, meşә vә kolluqlar gün işığına çıxırdı. Bundan sonra
          ulduzlar yox olur, sәma tamamilә ağarır, qar-buzla örtülmüş
          kolluqların yuxulu, mәhzun görkәmi kәdәrli mәnzәrә yaradırdı.
          Dan yeri qızarmağa başlayanda başımızın üzәrindәki sәma
          mavi rәngә boyanır, dağların arxasından boylanan günәşin ilk
          şüaları, qızıl ox kimi әtrafa sәpilәrәk, bu tutqun mәnzәrәni
          göz önündәcә dәyişdirirdi. Bu zaman adda-budda qırmızı
          gilәmeyvәlәr, qarğıların qonur-boz saçağı gözә dәyirdi, biz
          mamır basmış daşların vә sınıb-tökülmüş budaqların üzәrindәn
          adlayıb keçirdik. Kolluqlar arxada qalırdı. Cığırla dağın
          zirvәsinәcәn uzanan palıd meşәsinә doğru addımlayırdıq. Hәr


                                                              169
   164   165   166   167   168   169   170   171   172   173   174