Page 173 - alberto moravia_Макет 1
P. 173

Çoçara


          gәlirdi ki, dağlarda xoşuma gәlәn bir kişi tapılsaydı, ona bir
          könüldәn min könülә aşiq olardım, onu heç kәsi sevmәdiyim
          kimi sevәrdim.
             Bir sözlә, özümü heyvan kimi hiss edirdim; fikirlәşirdim
          ki, yәqin, öz bәdәninin ehtiyaclarını ödәmәkdәn savayı, dәrd-
          sәri, qayğısı olmayan heyvanlar özlәrini mәnim kimi hiss
          edirlәr. Yәni yeyib-yatan, qidalanan, hәrdәnbir tәmizlәnәn vә
          belә şeylәrdәn hәzz alan әt parçası vә ya bәdәn kimi.
             Günәş sәmada dövr elәyib, dәnizin üstünә әyilirdi. Qüruba
          enәn günәşin şüaları dәnizi tünd-qırmızı rәngә boyamağa
          başlayanda geriyә dönürdük.  Amma gәldiyimiz cığırla
          qayıtmırdıq. Otların, daşların üstüylә sürüşә-sürüşә, kolluqların
          arasıyla qaça-qaça dağın әtәyinә enirdik. Sәhәr tezdәn, әn
          azından, iki saata getdiyimiz yolu yarım saata qayıdırdıq. Evә
          şam yemәyi zamanı gәlirdik. Tozlu paltarlarımızı çör-çöpdәn
          tәmizlәmәdәn daxmaya keçib, yemәk süfrәsi arxasına әylәşirdik.
          Erkәn yatır, tezdәn oyanırdıq.
             Lakin hәr sәhәr üz tutduğumuz yaylalar müharibәdәn çox
          da uzaqda deyildi. Başımızın üstündәn tez-tez tәyyarәlәr uçub-
          keçir, vadidәn partlayış sәslәri eşidilirdi. Lәnәtә gәlmiş almanlar
          torpaq bәndlәri partladır, su altında qalan әrazilәrdә malyariya
          xәstәliyi tüğyan edirdi.  Yaylada tez-tez harasa baş götürüb
          gedәn adamlarla rastlaşırdıq. Onlar Romadan vә almanların
          işğal etdiyi Şimali İtaliyadan cәnub tәrәflәrә, ingilislәrin
          nәzarәt etdiyi әrazilәrә gedir, bu zaman dağ yollarından keçib-
          getmәyә üstünlük verirdilәr. Çoxu ordudan qaçmış әsgәrlәr,
          nә vaxtsa tәrk etdiyi kәndә qayıdan kasıb-kusub, hәbs
          düşәrgәlәrindәn qurtulmuş әsirlәr idi. Belә görüşlәrdәn birini
          hәlә dә unuda bilmirәm. Biz, hәmişәki kimi, oturub pendir-
          çörәk yeyirdik. Birdәn qayalığın arxasından әllәrindә dәyәnәk
          tutmuş iki kişinin çıxdığını gördük. Elә bil meşәdәn indicә
          çıxmışdılar; cır-cındır geyinmiş sәfilә oxşayırdılar. Geyimlәrinә
          tәәccüblәnmәdim, çünki o vaxtlar hәr adamın abırlı paltarı


                                                              173
   168   169   170   171   172   173   174   175   176   177   178