Page 174 - alberto moravia_Макет 1
P. 174
Alberto Moravia
yox idi. Mәni tәәccüblәndirәn onların hәdsiz dәrәcәdә enlikürәk
olması, sifәtdәn qәtiyyәn biz italyanlara oxşamaması idi.
Yerimdә donub-qalmışdım, qorxudan tәrpәnә bilmirdim. Әlimdә
tutduğum pendir-çörәyi unutmuşdum, matdım-matdım bizә
yaxınlaşan adamlara baxırdım. Hamıya inanan, inandığı üçün
dә heç kәsdәn qorxmayan Mikele qalxıb onlara yaxınlaşdı vә
әl-qol hәrәkәti ilә nәyisә izah etmәyә başladı. Birazdan
Rozettayla mәn dә özümüzә gәlib ora yaxınlaşdıq. Kişilәrin
bığ-saqqalı yox idi, dәrilәri sarı, saçları şәvә kimi qapqaraydı,
heç nә ifadә etmәyәn kiçik, qıyıq gözlәri vardı, dişlәrinin
hamısı sınmışdı. Mikele bizә dedi ki, bunlar rus әsirlәrdir,
amma rus deyillәr, monqoldurlar, daha doğrusu, çinlidirlәr;
yәqin, әsir düşәrgәsindәn qaçıblar. Onların enli kürәyinә, әyin-
başına baxa-baxa fikirlәşdim ki, ehtiyatsızlıq edirik, onlardan
qaçıb-gizlәnmәk lazım idi: o qәdәr yekәpәr, nataraz adamlar
idilәr ki, mәnә vә ya Rozettaya qarşı pis fikrә düşsәlәr, heç nә
elәyә bilmәzdik. Amma bu monqollar özlәrini yaxşı aparırdılar:
bir-iki saat bizimlә oturdular, elә hey әl hәrәkәtlәri ilә, jestlәrlә
danışırdılar. Mikele onları pendir-çörәyә qonaq elәdi.
Gözlәdiyimin әksinә olaraq, hәrisliklә yemirdilәr, deyәsәn,
hәtta bizә tәşәkkür etmәyi dә unutmadılar. Onlar dayanmadan
gülürdülәr. Bәlkә dә, bizi başa düşmәdiklәrinә görә gülürdülәr,
ya da, ola bilsin, bununla bizә qarşı pis fikirdә olmadıqlarını
göstәrmәk istәyirdilәr. Mikele әl-qol hәrәkәtiylә yolu onlara
başa saldı; bir müddәt sonra çıxıb getdilәr. Kişilәr arxadan iki
böyük meymuna bәnzәyirdi – dal ayaqları üstә, lәngәr vura-
vura yeriyәn meymuna.
Bir dәfә dә bir italyan fәhlәylә rastlaşdıq. O, istehkam
tikmәk üçün göndәrildiyi cәbhә xәttindәn qaçmışdı. Hansı
cәbhәdәn qaçdığı yadımda deyil, onun yalnız bәzi sözlәrini
xatırlayıram; danışırdı ki, cәbhәdә italyan fәhlәlәrini it yerinә
qoymurlar, gecә-gündüz işlәdirlәr. Çox yaraşıqlı, qarabuğdayı
bir oğlan idi, zәrif üz cizgilәri vardı, di gәl, bir dәri, bir
174