Page 176 - alberto moravia_Макет 1
P. 176
Alberto Moravia
rәngә çalırdı. Digәri isә uzunsifәtli, sivriburunlu, sarışın vә
mavigözlüdü. Qarabuğdayının adı Karmell, sarışınınkı isә
Luici idi. Sizә deyim ki, indiyәcәn bu dağlarda onlar kimi
yaramaz mәxluqlara rast gәlmәmişdik. Bәlkә dә, müharibә
zamanı yox, adi vaxtlarda rastlaşsaydıq, onların haqqında belә
fikirlәşmәzdim. Amma müharibә, bir çoxları kimi, onların da
iç üzünü açmış, әn pis tәrәflәrini aşkara çıxarmışdı. Yeri
gәlmişkәn, müharibә insanlar üçün böyük sınaqdır: müharibәdә
onları daha yaxşı tanıyırsan. Adi vaxtlarda insanlar qanun-
qaydaya riayәt edir, Tanrının yolundan çıxmır, başqalarına
hörmәt edir, amma müharibә insanların çoxunu dәyişdirir,
onların әn pis xüsusiyyәtlәrini üzә çıxarır. Bu iki nәfәr Romada
әsgәri xidmәtdәymiş, әvvәlcә qaçıb şәhәrdә gizlәniblәr, ara
sakitlәşәndәn sonra öz evlәrinә doğru yol alıblar. Düz bir ay
Fey dağının әtәyindә, bir kәndlinin evindә gizlәniblәr. Mәnә
qәribә gәlәn o idi ki, hәmin kәndli barәdә rişxәndlә danışır,
onu oxumaq-yazmaq bilmәyәn cahil adlandırırdılar. Onların
sözlәrinә görә, kәndlinin evi tövlәdәn seçilmirmiş. Fәrarilәrdәn
biri gülә-gülә belә dedi:
– Neylәmәk olar, buna da şükür.
Bir müddәt sonra fәrarilәr Fey dağını tәrk etmәli olublar,
çünki kәndli onları öz evindә çox saxlamaq istәmәyib, deyib
ki, yemәk çatdıra bilmir. Söhbәtin bu yerindә qarabuğdayı
әsgәr qayıtdı ki, әslindә, pulları olmayıb, kәndliyә pul versәydilәr,
yemәk-içmәk problemi olmazdı. Әlavә etdi ki, kәndlilәri yaxşı
tanıyır, onların hamısı xәsis, öz xeyrini güdәn adamlardır. Nә
isә, Cәnuba doğru gedәn bu fәrarilәr cәbhә xәttini xәtasız-
bәlasız keçmәyә ümid edirdilәr.
Sәhәr yemәyinin vaxtı idi, Mikele könülsüz-könülsüz
onları bizimlә birgә pendir-çörәk yemәyә dәvәt elәdi. Qarabәniz
әsgәr dedi ki, pendir özlәrindә dә var, amma çörәyi mәmnuniy -
yәtlә götürәrlәr. Sәn demә, “xәsis” kәndlidәn bir baş pendir
oğur layıb larmış… O, heybәsindәn pendiri çıxarıb bizә
göstәr di. Onların davranışı mәni hövsәlәdәn çıxardı,
176