Page 181 - alberto moravia_Макет 1
P. 181

Çoçara


             – Sәni yaxşı pәrt elәdi.
             Birazdan onlar qayalıqların arasında gözdәn itdilәr.
             Bir dәfә dә uzaqdan gördük ki, yamacdakı cığırla bizә
          doğru xeyli adam gәlir. Cığır dar olduğundan onlar muncuq
          kimi sıraya düzülmüşdülәr. Otuza yaxın adam idi. Kişilәr
          bayram paltarındaydı, çoxu qara kostyum geyinmişdi. Qadınlar
          isә milli paltardaydılar – uzunәtәkli don vә bluz geyib, şal
          bağlamışdılar. Müvazinәtini saxlamağa çalışan qadınlar körpә
          uşaqlarını qucaqlarına almışdılar, başlarında isә bağlama vә
          sәbәt aparırdılar. Kişilәr nisbәtәn böyük uşaqların әlindәn
          tutmuşdular. Heç demә, bu bәdbәxtlәr cәbhә xәttindә yerlәşәn
          kiçik bir kәnddә yaşayırmış. Bir dәfә sәhәr tezdәn almanlar
          kәndә soxulur, әn zәruri әşyalarını götürmәk üçün yarım saat
          vaxt verir, sonra da onları yük maşınlarına doldurub, Frozinon
          yaxınlığındakı әsir düşәrgәsinә aparırlar. Bәxtlәri gәtirir – bir
          neçә gündәn sonra düşәrgәdәn qaça bilirlәr. İndi dağ yoluyla
          öz kәndlәrinә doğru gedirdilәr. Sahibsiz qalmış evlәrinә
          yerlәşmәk, köhnә hәyatlarına davam etmәk istәyirdilәr. Mikele
          onların başçısı ilә söhbәtә başladı. Bığı çallaşmış boy-buxunlu,
          yaşlı kişi çox qayğılı idi:
             – Heç olmasa, mal-qaraya görә qayıtmalıyıq. Biz olmasaq,
          heyvanlara kim baxacaq? Almanların nә vecinә…
             Mikele ürәk elәyib deyә bilmәdi ki, onlar kәndә qayıdıb,
          nә öz evlәrini, nә dә heyvanlarını tapa bilmәyәcәklәr. Adamlar
          bir az dincәlib, yenidәn yola düzәldilәr. Ürәyimdә bu fağır,
          üzüyola adamlara qarşı qәribә bir rәğbәt hissi baş qaldırdı.
          Yәqin, ona görә ki, onlar da bizim kimi didәrgin düşmüş,
          qaraçılarsayağı evsiz-eşiksiz, sәrgәrdan dolaşmağa mәcbur
          olmuşdular. Bir neçә gün sonra eşitdim ki, almanlar yenidәn
          onları tutub, Frozinon yaxınlığındakı әsir düşәrgәsinә aparıblar.
          Bundan sonra onlardan xәbәr ala bilmәdik.
             Belәcә, hәr sәhәr dağın zirvәsinә qalxır, axşamlar evә
          qayıdırdıq. İki hәftәyә yaxın belә davam etdi. Sonra mәlum


                                                              181
   176   177   178   179   180   181   182   183   184   185   186