Page 183 - alberto moravia_Макет 1
P. 183

Çoçara


          yadımdadır, dekabrın iyirmi beşi, sübhçağıydı. Gözәl hava
          vardı – yağış yağmırdı, göy üzü tәrtәmiz idi. Sәhәr tezdәn
          daxmadan çıxanda gördüm ki, qaçqınlar vә kәndlilәr iki
          xaricini üzük qaşı kimi dövrәyә alıblar. Onlardan biri mavigözlü,
          sarışın kişi idi, burnu nazik, uzun dodaqları qıpqırmızıydı,
          sivri saqqal saxlayırdı. Digәri isә ucaboy, arıq, göygöz, qarasaç
          oğlan idi. Bәstәboy sarışın kişi italyanca birtәhәr danışa bilirdi.
          Mәlum oldu ki, ingilisdirlәr, sarışın zabit idi, arıq isә sadә
          matros; onları Roma yaxınlığında, Ostiyada gәmidәn düşürüblәr.
          Onlara bәzi qurğuları dinamitlә partlatmaq tapşırılıbmış.
          Әsgәrlәr tapşırığı yerinә yetirib, sahilә qayıdanda görüblәr ki,
          gәmi yoxdur, bir çox başqaları kimi qaçıb gizlәnmәli olublar.
          Yağışlı günlәrdә Serioneta yaxınlığında, bir kәndlinin evindә
          qalıblar, havalar düzәlәn kimi cәbhә xәttini keçib, Neapola
          getmәk üçün yola çıxıblar. Xidmәt etdiklәri hәrbi hissәnin
          komandanlığı Neapolda yerlәşirmiş. Bu izahatdan sonra
          kәndlilәr onları sorğu-suala tutdular. Qaçqınlar cәbhәdә baş
          verәnlәrdәn xәbәr tutmaq istәyir, müharibәnin nә vaxt
          qurtaracağını soruşurdular.  Amma bu adamlar bizdәn çox
          bilmirdilәr: artıq neçә ay idi ki, dağlarda, savadsız kәndlilәrin
          arasında yaşamışdılar. O kәndlilәr ki, dünyadan bixәbәrdilәr,
          bәlkә, heç müharibә getdiyini dә bilmirdilәr. Nәhayәt, qaçqınlar
          onların heç nә bilmәdiyinә әmin olduqdan sonra yavaş-yavaş
          dağılışmağa başladılar. İngilislәrә kömәk etmәk lazım idi,
          amma heç kәs yardım әli uzatmaq fikrindә deyildi. Dağılışarkәn
          bir-birinә deyirdilәr ki, ingilislәrә baş qoşmaq tәhlükәlidir,
          almanların qulağına çatsa, günümüzü göy әsgiyә bükәrlәr.
          Bir azdan ingilislәr maçeranın ortasında tәk qaldılar. Cındırından
          cin ürkәn, üzlәrini saqqal basmış ingilislәr qızmar günәşin
          altında çaşqın, karıxmış görünürdülәr.
             Boynuma alıram ki, onlarla ünsiyyәt qurmaqdan çәkinirdim.
          Özümә görә yox, Rozettaya görә qorxurdum. Amma Rozettanın
          sözlәri mәni utandırdı:


                                                              183
   178   179   180   181   182   183   184   185   186   187   188