Page 187 - alberto moravia_Макет 1
P. 187
Çoçara
bilmәzdilәr. Almanlar duyuq düşsә, yaxamızı onların әlindәn
qurtara bilmәzdik. İngilislәr dedi ki, hәr şeyi çox gözәl başa
düşürlәr, günü sabah çıxıb gedәcәklәr.
Onlar axşamacan Mikele ilә söhbәt etdilәr. Belә başa
düşdüm ki, Mikele İngiltәrә haqqında onların özündәn dә çox
şeylәr bilir. Amma ingilislәr İtaliya barәdә, demәk olar, heç nә
bilmirdilәr. Zabit universitet qurtarmışdı, demәli, savadlı adam
idi. Buna baxmayaraq, Mikele özünәxas әdayda aydınlaşdırdı
ki, ingilis heç Danteni dә tanımır. Mәn oxumamış qadınam,
Dantenin yazdıqlarından xәbәrim yoxdur, amma heç olmasa,
adını eştimişәm. Rozetta mәnә dedi ki, monastır mәktәbindә
tәhsil alarkәn, Dante haqqında bәzi şeylәr oxuyub, hәtta onun
yazdıqlarından da xәbәri var. Söhbәt әsnasında Mikele pıçıltıyla
dedi ki, ingilislәr Dantenin kim olduğunu bilmir, bütün bәlaların
kökünü elә burada axtarmaq lazımdır, mәsәlәn, şәhәrlәrimiz
mәhz buna görә bombalanır. Başımıza bomba yağdıran
tәyyarәçilәr nә bizlәr, nә dә bizim abidәlәrimiz haqqında heç
nә bilmirdilәr, nadan olduqlarına görә dә hәr şeyi dağıdır,
mәhv edirlәr. Mikele bir şeyi dә әlavә etdi: ola bilsin, bütün
müsibәtlәr nadanlıqdan qaynaqlanır, çünki cinayәtkarlıq
nadanlığın, avamlığın tәzahürüdür; elmli adam cinayәt törәtmәyә
meyilli deyil.
İngilislәr samanlıqda gecәlәdilәr, sәhәr tezdәn heç kimlә
vidalaşmadan çıxıb getdilәr. Rozettayla mәn özümüzü çox
yorğun hiss edirdik, çünki gec yatmışdıq. Başqa günlәrdә,
adәtәn, toyuqlar hinә dolanda biz dә yatağa uzanırdıq. Hәmin
gün günortaya kimi yatdıq. Qәfildәn daxmanın qapısını bәrkdәn
döymәyә başladılar. Kimsә yad dildә, ucadan nәsә deyirdi.
– Aman Tanrım, ay ana! – Rozetta içini çәkib, mәnә qısıldı, –
nә olub?
Tәәccübdәn yerimdә donub-qalmışdım, elә bil әl-qolum
bağlanmışdı, tәrpәnә bilmirdim. Qapı yenidәn döyüldü. Qapının
o üzündәn anlaşılmaz sәslәr gәlirdi. Rozettaya dedim ki, gedib
187