Page 184 - alberto moravia_Макет 1
P. 184

Alberto Moravia

                – Gör yazıqlar nә gündәdir, ana… Bu gün Milad bayramıdır,
            amma onlar acından ölür; kim bu әziz gündә öz evindә,
            ailәsinin içindә olmaq istәmәz? Bu binәvalar isә çöllәrә
            düşüblәr… Gәl onları nahara dәvәt edәk.
                Fikirlәşdim ki, qız haqlıdır: özümü digәr qaçqınlar kimi
            aparsam, mәn dә onların tayı olaram. Odur ki, ingilislәri
            nahara dәvәt etdik, onlar dәvәtimizi böyük mәmnuniyyәtlә
            qәbul etdilәr.
                Rozettaya görә bayramı yaxşı keçirmәk istәyirdim – axı
            indiyәcәn onu korluq çәkmәyә qoymamışdım, bayramları
            ürәyi istәyәn kimi keçirmişdi. Ona görә dә bayram yemәyi
            üçün bütün imkanlarımı sәfәrbәr etdim. Paridedәn toyuq alıb,
            kartofla bişirdim. Unum az qalmışdı, amma xәmir yoğurub,
            düşbәrә hazırladım. Bir neçә sosiskam da vardı, nazik-nazik
            doğrayıb, üstünә bişmiş yumurta qoydum. Sonra bir neçә
            quru meyvәni xırda-xırda kәsib, üstünә un, üzüm qurusu, sidr
            cevizi, şәkәr tozu әlavә etdim, hamısını qarışdırıb, sobaya
            qoydum. Çox yumşaq olmasa da, dadlı kökә alındı. Şәrabı da
            Paridedәn aldım, üstәlik, bir şüşә Marsalam vardı. Onu mәnә
                                                    1
            qaçqınlardan biri satmışdı. Meyvәmiz bol idi: Fondidә ağaclar
            yaxşı bar verirdi deyә meyvә çox ucuz idi. Milad bayramından
            bir neçә gün әvvәl әlli kilo portağal almışdım, indi bütün günü
            portağal soyub yeyirdik. Fikirlәşdim ki, Mikeleni dә çağırmaq
            lazımdır. Mikele yanımızdan keçib atasıgilә gedәndә onu da
            dәvәt etdim. Dәrhal razılaşdı. Öz ailәsi ilә dil tapmadığı üçün,
            deyәsәn, bu tәklif ürәyindәn oldu.
                – Әziz Çezira, çox düzgün hәrәkәt elәdin, bu ingilislәri
            dәvәt etmәsәydin, sәnә hörmәtimi itirәrdim.
                Mikele atasını sәslәdi, atası pәncәrәdәn başını çölә çıxaranda
            dedi ki, onu nahara dәvәt ediblәr, o da razılıq verib. İngilislәr
            eşitmәsin deyә Filippo Mikeleni yavaşcadan dilә tutmağa
            başladı:



            1 Marsalam – çaxır növü
             184
   179   180   181   182   183   184   185   186   187   188   189