Page 179 - alberto moravia_Макет 1
P. 179

Çoçara

          fәrqindә deyilsiniz, әlinizә fürsәt düşsә, yenidәn oğurluq
          edәrsiniz.
             Mikelenin sözlәri qarabәnizi özündәn çıxardı, o sıçrayıb
          ayağa qalxdı vә yoğun bir ağac parçası götürüb, bağırmağa
          başladı:
             – Sәsini kәs, yoxsa…
             Mikelenin cavab vermәyinә ehtiyac qalmadı: sarışın istehzalı
          sözlәrlә onu sakitlәşdirdi:
             – Deyәsәn, sәni yenә pәrt elәdi axı…
             Karmello hirsini Luicinin üstünә tökdü:
             – Sәn nә üzlә danışırsan? Bәyәm biz bir yerdә deyildik?
          Mәgәr o әrzaqdan sәn dә götürmәdin?
             – Mәn razılaşmırdım, amma sәnә qulaq asmalı oldum, axı
          mәnim rәisim idin. Nәdir, yenә pәrt oldun?
             Sәhәr yemәyini sakitcә yedik. Karmello çox qәzәbliydi,
          Luici isә altdan-altdan gülürdü.
             Yemәkdәn sonra da bir müddәt heç kәs heç nә danışmadı.
          Amma “oğru” adını özünә yaraşdırmayan Karmello birazdan
          yenә meydan oxuyurmuş kimi üzünü Mikeleyә tutdu:
             – Bilmәk olarmı siz kimsiniz? Kimsiniz ki, özünüzdәn
          böyük vә tәcrübәli adamı oğurluqda ittiham edirsiniz? Özümü
          tәqdim edim: adım Karmello Әlidir, zabitәm, torpaq
          mülkiyyәtçisiyәm, hüquqşünas diplomum var, igidliyә görә
          medalla tәltif olunmuşam, mәn – “İtaliya tacı” ordeni
          kavaleriyәm. Siz kimsiniz?
             Sarışın qımışa-qımışa sözә qarışdı:
             – Niyә demirsәn ki, bizim kәnddә faşist tәşkilatının katibi
          olmusan? Bunu niyә demirsәn?
             Karmello narazılıqla başını yellәdi:
             – Faşist tәşkilatı artıq yoxdur, ona görә demәdim… amma
          sәn yaxşı bilirsәn ki, faşist tәşkilatının katibi olanda da heç bir
          pis әmәlim olmayıb.
             Sarışın gülә-gülә onun sözlәrinә düzәliş verdi:



                                                              179
   174   175   176   177   178   179   180   181   182   183   184