Page 175 - alberto moravia_Макет 1
P. 175
Çoçara
sümükdü. Kәdәrli gözlәri çuxura düşmüşdü, o qәdәr zәiflәmişdi
ki, ayaq üstә güclә dayanırdı. Deyirdi ailәsi Apuliyada yaşayır,
dağ yollarıyla oraya getmәk niyyәtindәdir. Artıq bir hәftәydi
ki, yol gәlirdi, paltarı cırılmış, ayaqqabısı dağılmışdı. Danışmağa
belә heyi yox idi: bir-iki söz deyib dayanır, tez-tez nәfәs
dәrirdi. Dedi ki, Romada üsyan qalxıb: bir neçә alman әsgәri
öldürülüb, almanlar isә cavab olaraq, cәza ekspedisiyası tәşkil
ediblәr. Tәfәrrüatlar barәdә heç nә bilmirdi. Almanlardan
danışarkәn belә dedi:
– Onlar insan deyillәr, vәhşi heyvandırlar. Bilirlәr ki,
müharibәni uduzublar, amma yenә dә vuruşurlar, vuruşmaqdan
ötrü ölürlәr. Onlara nә var – bizim hesabımıza yaşayırlar, heç
nәdәn korluq çәkmirlәr. Müharibә tezliklә qurtarmasa, hamımız
acından qırılacağıq. İkisindәn biri olacaq: ya müharibә
qurtaracaq, ya da acından ölәcәyik.
Mikele ona bir parça çörәk, bir az pendir vә tәnbәki verdi.
Yarım saat yanımızda qalıb dincәldi, sonra qalxıb yoluna
davam etdi. Sanki boynundan daş asılmışdı, adama elә gәlirdi
ki, indicә yıxılacaq vә bir daha ayağa qalxmayacaq.
Bir dәfә çәmәnlikdә uzanıb özümüzü günә verirdik, qәfildәn
fit sәsi eşitdik. Dәrhal özümüzü qayanın arxasına verib, oradan
boylanmağa başladıq ki, görәk fit çalan kimdir. Ayıq-sayıq
olmağa mәcbur idik, çünki almanların basqınından qorxurduq.
Baxıb, yaxınlıqdakı qayalığa doğru qaçan iki adam gördük.
Bir müddәt uzaqdan bir-birimizi müşahidә etdik, nәhayәt,
onların alman olmadığını yәqinlәşdirәndәn sonra gizlәndiyimiz
yerdәn çıxdıq. Sәn demә, onlar da bizdәn qorxubmuş. İtaliyanın
cәnubundan idilәr. Biri kiçik, biri dә baş leytenant idi. Bunu
özlәri dedilәr – mülki paltarda olduqları üçün, tәbii ki, rütbәlәrini
bilә bilmәzdik. Bir çoxları kimi, onlar da ordudan qaçmışdılar
vә indi dağlarla Cәnuba, öz evlәrinә doğru gedirdilәr. Biri
qarabuğdayı, ucaboy, girdәsifәt oğlan idi, dişlәri ağappaq,
gözlәri kömür kimi qaraydı, amma dodaqları, az qala, bәnövşәyi
175