Page 178 - alberto moravia_Макет 1
P. 178

Alberto Moravia


                – Hәrbi hissәmizin mәskunlaşdığı kәnddә indentantlığa
            ezam olunmuşdum; hәrbi mağaza ağzınacan әrzaqla dolu idi.
            Müharibәnin qurtardığını eşidәn kimi, vaxt itirmәdәn, әlimә
            keçәn hәr şeyi – konservlәri, pendiri, unu maşına yüklәyib,
            birbaşa anamın evinә apardım.
                O, elә hey gülür, dişlәrini ağardırdı, deyәsәn, öz zirәkliyindәn,
            diribaşlığından mәmnun idi. Bu vaxtacan susan Mikele,
            söhbәtin bu yerindә dilә gәldi:
                – Sözün qısası, oğurluq elәdiniz.
                – Nә demәk istәyirsiniz?
                – Demәk istәyirәm ki, o vaxta kimi italyan ordusunun
            zabiti idiniz, ondan sonra oğru oldunuz.
                – Hörmәtli sinyor, bilmirәm kimsiniz, adınız nәdir, amma
            mәn istәsәydim…
                – Nә?
                – Kim deyir ki, oğurlamışam? Hamı belә elәyirdi, onsuz
            da, o әrzağı mәn götürmәsәydim, bir başqası götürәcәkdi.
                – Ola bilәr, amma mәhz siz oğurladınız.
                – Yum ağzını, yoxsa…
                – Yoxsa nә?
                Sarışın gülә-gülә qarabәnizә dedi:
                – Çox tәәssüf, Karmello, amma boynuna almalısan ki, bu
            oğlan sәnin kürәyini yerә vurdu.
                Qarabәniz çiyinlәrini çәkib, Mikeleyә belә cavab verdi:
                – Mәnim sizә yazığım gәlir, sizin kimi adamla mübahisә
            etmәyә dәymәz.
                – Elә isә, – Mikele çoxbilmiş әdasıyla sözә başladı, – qoy
            mәn deyim: bilirsiniz, özünüzü nә üçün oğru kimi aparmısınız,
            üstәlik, bununla öyünürsünüz?.. Sizә elә gәlir ki, çox ağıllı
            hәrәkәt etmisiniz… Әgәr öz hәrәkәtinizdәn utansaydınız,
            fikirlәşmәk olardı ki, sizi buna ehtiyac vadar edib… yaxud
            küyә düşmüsünüz, ümumi havaya qapılmısınız… Amma siz
            bununla öyünürsünüz, bu isә o demәkdir ki, siz nә elәdiyinizin



             178
   173   174   175   176   177   178   179   180   181   182   183