Page 182 - alberto moravia_Макет 1
P. 182

Alberto Moravia


            oldu ki, almanlar basqınları dayandırıblar, hәr halda, dağın bu
            tәrәfindә gözә dәymirdilәr. Odur ki, dağın başına qalxmağın
            daşını atıb, әvvәlki hәyatımıza qayıtdıq. Sözün düzü, dağ
            başında, tәbiәt qoynunda keçirdiyimiz mәsud günlәr yadıma
            düşәndә burnumun ucu göynәyirdi, yenidәn o gözәl günlәrә
            qayıtmaq istәyirdim. Orada, yuxarıda gecә-gündüz müharibә,
            ingilislәr, almanlar, aclıq barәdә danışan qaçqınlar vә kәndlilәr
            yox idi; qaranlıq daxmada yaşıl ağac budaqlarından ocaq
            çatıb, dadsız-duzsuz yemәk hazırlamaq üçün әziyyәt çәkmәk
            lazım deyildi; haqqında danışdığım hadisәlәri nәzәrә almasaq,
            dağın başında heç nә düşdüyümüz ağır vәziyyәti yadımıza
            salmırdı. Bәzәn bizә elә gәlirdi ki, Rozetta, Mikele vә mәn
            hәr gün ekskursiyaya gedirik, vәssalam. Qış olsa da, hava
            günәşliydi, elә bil may ayı idi, bir tәrәfindә Çoçariyanın qarlı
            dağları, digәr tәrәfindә isә Fondi düzәngahının arxasındakı
            dәniz göz oxşayırdı. Hәr gün ayaq basdığımız çәmәnlik dәfinә
            basdırılmış sehrli mәkana oxşayırdı. Uşaqlıqda bu barәdә çox
            rәvayәtlәr eşitmişdim. Amma bilirdim ki, burada dәfinә-filan
            gizlәdilmәyib. Bununla belә, nә qәdәr tәәccüblü dә olsa, bu
            dәfinәni tapdım. Hәm dә yerin altında yox, öz içimdә. Bu
            dәfinә – içimdәki rahatlıq, heç bir qorxu vә hәyәcanın olmaması
            idi. Özümә vә әtrafımdakı adamlara inanmağa, etibar etmәyә
            başlamışdım. Bütün bu hisslәr mәndә hәmin o sehrli çәmәnlikdә
            tәk-tәnha gәzişәrkәn yaranmışdı. Bundan sonra da uzun illәr
            hәmin vaxtları hәyatımın әn gözәl günlәri kimi xatırladım.
            Düzdür, onda çox kasıb idim, ehtiyac içindәydim: yalnız
            pendir-çörәklә qidalanır, otluqda yatırdım, başımı soxmağa
            daxmam belә yox idi; mәn insandan çox, vәhşi heyvan kimi
            yaşayırdım.
                Dekabrın sonlarında, Milad bayramı әrәfәsindә iki ingilis
            gәldi.  Amma onlar Qarilyano әtrafında vuruşan ingilislәr
            deyildi, bir çox başqaları kimi cәbhәdәn qaçıb, dağ yollarıyla
            bizim yanımıza, Sant-Yeufemiyaya gәlib çıxmışdılar. Yaxşı


             182
   177   178   179   180   181   182   183   184   185   186   187