Page 186 - alberto moravia_Макет 1
P. 186
Alberto Moravia
istәyirlәr; bu, daha әdalәtli, daha azad vә firavan bir dünya
olmalıdır. Әgәr onlar belә bir dünya qura bilmәyәcәklәrsә,
müharibәdә qәlәbә çalsalar da, mәğlub sayılacaqlar. Sarışın
zabit, deyәsәn, Mikeleyә etibar etmirdi – ona qısa cavablar
verir, sanki başından elәmәk istәyirdi. Matros isә, әksinә,
Mikelenin sözlәrindәn mәmnun görünür, amma bunu zabitә
bildirmәk istәmirdi. Nәhayәt, zabit söhbәtә son qoymaq
mәqsәdilә bәyan etdi ki, әn vacibi, müharibәdә qәlәbә çalmaqdır,
yerdә qalan mәsәlәlәri hökumәt hәll etmәlidir; Mikelenin
dediyi yeni dünyanı qurmaq barәdә, yәqin ki, hökumәtin öz
planları var. Başa düşdük ki, zabit bu cür söhbәtlәrlә özünü
nüfuzdan salmaq istәmir. Bunu Mikele dә başa düşdü, zabitin
bu hәrәkәti xoşuna gәlmәsә dә, dәrhal müharibәdәn sonra
yaranacaq yeni dünyanın şәrәfinә badә qaldırmağı tәklif etdi.
Stәkanlara marsalam süzüb, gәlәcәyin şәrәfinә badә qaldırdıq.
Mikele mütәәssir olmuş, gözlәri yaşarmışdı. O, tәklif etdi ki,
bu dәfә, ruslar da daxil olmaqla, bütün müttәfiqlәrin sağlığına
içәk: bizә xәbәr çatmışdı ki, bu günlәrdә müttәfiqlәr almanları
ağır mәğlubiyyәtә uğradıblar. Hamımız deyib-gülür, şәnlәnirdik,
hәtta bәzәn mәnә elә gәlirdi ki, eyni dildә danışırıq, eyni
yolun yolçusuyuq, hamı bir-birinә qardaş-bacıdır. Sanki iki
min il әvvәl İsa Mәsihin dünyaya gәlişinә bәnzәr yeni, gözәl
bir hadisә baş vermişdi. Axırda ingilis qonaqlarımızın sağlığına
içdik, bundan sonra bir-birimizi qucaqlayıb öpdük: mәn
Mikeleni öpdüm, Rozetta ingilislәrin ikisini dә, ingilislәr isә,
öz növbәsindә, bizi öpdülәr.
– Milad bayramın, Yeni ilin mübarәk! – bir-birimizi tәbrik
etdik.
İlk dәfәydi ki, Sant-Yeufemiyada özümü xoşbәxt hiss
edirdim. Bir qәdәr sonra Mikele him-cimlә mәni başa saldı ki,
bütün bunlar yaxşıdır, amma әndazәni aşmaq olmaz. O,
ingilislәrә başa saldı ki, onları yalnız bir gecәliyә qonaq elәyә
bilәrik, sonra çıxıb getmәlidirlәr. İngilislәr bizdә çox qala
186