Page 189 - alberto moravia_Макет 1
P. 189

Çoçara

             Lakin almanları burada az-az görәn qaçqınlar, fürsәt
         düşmüşkәn, onlardan bәzi suallara cavab almaq istәyirdilәr.
         Mәsәlәn, müharibә nә vaxt qurtaracaq? Kimsә qaçıb Mikeleni
         çağırdı – o, almanca bir az danışa bilirdi. Mikele danışmaq
         istәmirdi, amma son anda, almanlar çıxıb getmәyә hazırlaşarkәn,
         qaçqınlar onu irәli itәlәdi:
             – Soruş görәk, müharibә nә vaxt qurtaracaq?
             Mikelenin görkәmindәn narazılıq yağırdı, buna baxmayaraq,
         özünü әlә alıb, nәsә soruşdu.  Almanların dediklәrinin bir
         hissәsini dәrhal qaçqınlara tәrcümә elәdi, yerdә qalanları isә
         sonradan mәnә danışdı. Sәn demә, Mikelenin “müharibә nә
         vaxt qurtaracaq?” sualına serjant belә cavab verib: müharibә
         tezliklә Hitlerin qәlәbәsiylә başa çatacaq. Üstәlik, әlavә edib
         ki, almanların gizli silahı var, bu silahın kömәyi ilә, әn uzağı,
         yaz aylarında ingilislәri dәnizә tökәcәklәr. Serjantın bәzi
         sözlәri qaçqınların canına vәlvәlә saldı. O, gözünü qırpmadan
         bәyan etdi:
             – Tezliklә hücuma keçib ingilislәri dәnizә tökәcәyik. Hәlә
         ki, bütün qatarlar silah-sursat daşıyır, ehtiyat tәdbirlәri görülür.
         Әrzağı isә italyanlardan alacağıq, italyanlar xain vә satqındırlar,
         qoy acından ölsünlәr.
             Bu sözlәri deyәrkәn elә sakit vә amansız görünürdü ki, elә
         bil italyanlar, yәni insanlar haqqında yox, milçәk ya tarakan
         barәdә danışır. Qaçqınlar heyrәtdәn donub-qalmışdılar – al-
         manlardan belә söz gözlәmirdilәr. İndiyәcәn elә bilirdilәr ki,
         almanlarla italyanların arası yaxşıdır. Amma görünür, bu söhbәt
         Mikelenin xoşuna gәlmәyә başlayırdı. O, almanlardan soruşdu
         ki, müharibәdәn әvvәl nәçi olublar. Serjant dedi ki, Berlindә
         yaşayıb, kiçik karton fabriki varmış, indi hәmin fabrik dağıdılıb,
         ona görә dә, әn yaxşısı, vuruşmaqdır. Әsgәr cavab verәrkәn
         bir qәdәr tәrәddüd etdi, sonra gözlәrini yayındırıb, kәdәrli
         sәslә danışmağa başladı. Mәlum oldu ki, o da Berlindәndir,
         onun da vuruşmaqdan başqa çarәsi yoxdur, çünki arvadı vә
         yeganә qızı bombardmanda hәlak olublar. Bu sözlәri deyәrkәn

                                                              189
   184   185   186   187   188   189   190   191   192   193   194