Page 190 - alberto moravia_Макет 1
P. 190
Alberto Moravia
o, döyülmüş itә oxşayırdı. İkisi dә, tәxminәn, eyni cavabı
verdi. Belә çıxırdı ki, ikisi dә müharibәdә hәr şey lә rin dәn
mәhrum olublar vә indi onlara yalnız vuruşmaq qalır. Bizә bir
mәsәlә dә aydın oldu: serjant hәvәslә, mәmnuniyyәtlә, hәtta
qeyzlә vuruşurdu, qәm dәryasına qәrq olmuş әsgәr isә hәvәssiz
görünürdü. Deyәsәn, hәr şeydәn әli üzülmüşdü, vuruşmaqdan
başqa, çıxış yolu yox idi. Mәnә elә gәldi ki, әsgәr yaxşı
adamdır, sadәcә arvadının vә qızının ölümünә dözmәyib,
başına hava gәlib: Allah elәmәmiş, bizi hәbs etsәydilәr,
Rozettamı öldürәr, gözünü dә qırpmazdı. Özü dә, yәqin ki, bu
zaman özünün Rozetta yaşda öldürülmüş qızı haqqında
düşünәrdi.
Mәn bu barәdә fikirlәşәrkәn, italyanlardan zәhlәsi gedәn
serjant qәfildәn soruşdu ki, almanlar cәbhәdә qan tökdüyü
halda, qaçqınların arasında bu qәdәr cavan niyә burada baş
girәlәyir? Mikele birdәn-birә özündәn çıxdı, qışqıra-qışqıra
dedi ki, buradakı cavanların hamısı Yunanıstanda, Afrikada,
Albaniyada Hitler vә almanlar uğrunda vuruşub; yenә vuruşmağa
hazırdırlar; hamı sәbirsizliklә gözlәyir ki, dahi sәrkәrdә Hitler
tezliklә qәlәbә çalacaq, amerikan vә ingilis it uşağını dәnizә
tökәcәk. Mikelenin sözlәri serjantı tәәccüblәndirdi, altdan-
altdan, şübhәylә Mikeleni süzmәyә başladı: deyәsәn, ona
inanmırdı. Amma, inansa da, inanmasa da, bu sözlәrә etiraz
edә bilmәzdi. Almanlar maçerada dolaşaraq bәzi evlәrә dә
göz gәzdirdilәr. Amma artıq o qәdәr dә hәvәsli görünmürdülәr.
Onlar birazdan çıxıb getdilәr, hamı rahat nәfәs aldı.
Mikelenin davranışı mәni dә tәәccüblәndirmişdi. Yox, mәn
demirәm ki, o, almanları söyüb-yamanlamalı idi, sadәcә onun
fәrasәtinә, zirәkliyinә heyran qalmışdım; almanların qarşısında
özünü itirmәmiş, sudan quru çıxmışdı. Bunu özünә deyәndә
heç tövrünü dә pozmadı:
– Nasistlәrә yalan danışmaq, onları satmaq, hәtta imkan
düşәndә öldürmәk günah deyil. Sәn zәhәrli ilanla, pәlәnglә vә
ya quduzlaşmış canavarla qarşılaşsan, neylәrdin? Әlbәttә ki,
190