Page 195 - alberto moravia_Макет 1
P. 195
Çoçara
heç kimә rast gәlmәdik: tanklar buranı tәrk etmiş, gedәrkәn
otları xıncım-xıncım etmişdilәr. Tankçıların çadırı olan yerdә
heç nә yox idi, yalnız orada-burada ağacların sınıb-tökülmüş
budaqları gözә dәyirdi, vәssalam. Bir müddәt belәcә dayanıb,
hara üz tutacağımızı götür-qoy elәdik. Mәn yolumuza davam
etmәyi tәklif elәdim. Fikirlәşdim ki, ola bilsin, alman әsgәrlәri
başqa portağal bağında düşәrgә salıblar. Tәxminәn on beş
dәqiqә yol getdikdәn sonra tәk-tәnha, tәlәsmәdәn addımlayan
sarışın bir qız gördük, sanki gәzmәyә çıxmışdı. Qız çörәk
yeyә-yeyә addımlayır, çılpaq çöllüklәrә maraqla göz gәzdirirdi.
Ona yaxınlaşıb soruşdum:
– Deyә bilәrsәnmi, bu yolla getsәk, almanlarla rastlaşa
bilәrik?
Qız ayaq saxlayıb, gözünü üzümә zillәdi. Başına örpәk
bağlamışdı, çox gözәl, sağlam qız idi, böyük, qonur gözlәrini
tez-tez qırpırdı.
– Almanlar?.. Әlbәttә… hәr yer almanlarla doludur.
– Bәs niyә gözә dәymirlәr?
Qız gözünü üzümdәn çәkmirdi: deyәsәn, nәdәnsә qorxurdu.
Heç bir cavab vermәdәn, birdәn-birә çevrilib getmәk istәdi.
Onun qolundan yapışıb, sualımı tәkrarladım. Qız pıçıltıyla
cavab verdi:
– Almanların yerini desәm, әrzağı harada saxladığımı
onlara xәbәr vermәzsәn?
Onun sözlәri mәni tәәccüblәndirdi, baxmayaraq ki, bu
sözlәrdә qәribә heç nә yox idi.
– Nә danışırsan? Hansı әrzaqdan danışırsan?
O isә başını yellәyәrәk, tәkrarlamağa başladı:
– Gәlib hamısını aparacaqlar… gәlib hamısını götürәcәklәr,
almanlara nә var… Onlar sonuncu dәfә gәlәndә bilirsәn nә
dedim? Dedim heç nәyim yoxdur, nә unum var, nә paxlam, nә
dә әridilmiş piyim, dilәnçi kökündәyәm… uşaq üçün bir az
südüm var… istәyirsiniz, onu götürün… budur, buradadır…
Qız gözünü üzümdәn çәkmәdәn koftasının yaxasını açmağa
başladı. Mәni heyrәt bürüdü. Mikeleylә Rozetta da heç nә
195