Page 197 - alberto moravia_Макет 1
P. 197
Çoçara
әtli alt dodağı aşağı sallanırdı. Kişinin әynindә göy mahuddan
tikilmiş mәxmәr yaxalıqlı palto vardı, bu cür paltoları, adәtәn,
şәhәr yerlәrindә, axşamtәrәfi geyirlәr. Amma paltosunun
altından köhnә şalvarı vә yuft ayaqqabıları görünürdü. O
dәqiqә hiss etdim ki, vәkil bizim gәlişimizdәn mәmnun deyil,
amma bunu büruzә vermәmәyә çalışır – o, saxta lütfkarlıqla
Mikeleni qucaqladı:
– Mikelino! Xoş gәlmisәn... Sәndәn nә әcәb?
Mikele bizi tәqdim etdi, vәkil, xala-xәtrin qalmasın,
yüngülcә tәzim edib başını yellәdi.
– Buradan keçirdik, sizә baş çәkmәk istәdik.
Vәkil sanki birdәn-birә ayıldı:
– Lap yaxşı… Biz dә süfrәyә oturmağa hazırlaşırdıq, yaxşı
oldu, gәlin birgә nahar edәk. – Sonra bir qәdәr tәrәddüdlә
әlavә etdi: – Mikele, xәbәrin olsun… sәni yaxşı tanıyıram,
fikirlәrimiz dә üst-üstә düşür, amma… bura bir alman leytenantı
çağırmışam, zenit batareyasının komandiridir. Budur, buradadır.
Bunu elәmәyә mәcbur idim… Bilirsәn dә, qarışıq zәmanәdir…
O, ah-uf elәyә-elәyә bizi içәri apardı. Pәncәrәnin önündәki
dәyirmi stolun üstünә yemәk-içmәk düzülmüşdü. Otaqda
yeganә sәliqәli vә tәmiz әşya bu stol idi: künc-bucaqda müxtәlif
çamadanlar, cürbәcür qutular, kitablar, cır-cındır atılıb-qalmışdı.
Vәkilin yaşlı anasıyla alman leytenantı süfrәnin arxasında
oturmuşdular. Tәpәdәn-dırnağa qara paltar geymiş, sifәtini
qırış basmış bәstәboy qarı qorxudan büzüşmüş meymunu
xatırladırdı. Nasist leytenant sarışın, mundiri әyninә kip
oturmuş, taxta kimi arıq-quru bir cavan idi. O, yayxanıb
oturmuş, ayaqlarını saymazyana şәkildә stolun altına uzatmışdı.
Xalis itә oxşayırdı, sifәti it sifәtindәn seçilmirdi: nә qaşı vardı,
nә kirpiyi; sarıya çalan gözlәri bir-birinә çox yaxındı, hamıdan
ehtiyat edir, hamıya düşmәn kimi baxırdı. İri ağzı da it ağzını
xatırladırdı. Nәzakәtlә ayağa qalxıb, çәkmәlәrinin dabanını
bir-birinә vuraraq salam verdi, tez dә yerinә oturdu. Heç kәsә
әl uzatmadı – bu hәrәkәti ilә göstәrmәk istәyirdi ki, bizә görә
yox, sadәcә әdәbli, tәrbiyәli adam olduğu üçün ayağa qalxıb.
197