Page 202 - alberto moravia_Макет 1
P. 202

Alberto Moravia


                – Eşitmişәm ki, bu bağlardan yaxşı gәlir götürürsünüz…
            Siz varlı adamsınız, sinyor vәkil?
                – Necә deyim, sinyor leytenant, elә dә yox… hәr halda,
            mәnә bәs elәyir.
                – Bәs әtrafda yaşayan kәndlilәrin güzәranından xәbәriniz
            var?
                Vәkil artıq bilirdi, leytenant sözü hara fırladır. Odur ki,
            tövrünü pozmadan cavab verdi:
                – Xәbәrim var, pis yaşamırlar… bu vadidә kәndlilәr
            hamıdan yaxşı yaşayır.
                Özünә әt kәsmәklә mәşğul olan leytenant әl saxlayıb,
            bıçağı vәkilә tuşladı:
                – Bunlar yaxşı yaşayırsa, bәs onda pis yaşayanlar kimdir?
            Sizin kәndlilәrin nә kökdә yaşadığını özüm görmüşәm. Hey-
            vandan seçilmirlәr: evlәri tövlәyә oxşayır; heyvan kimi
            qidalanırlar, cındırlarından cin ürkür. Alman kәndlilәri belә
            yaşamır. Bizim kәndlilәr belә yaşasaydı, biz almanlar utanıb-
            ölәrdik.
                Vәkil anasının yalvarışlı baxışlarında “Tәxribata uyma,
            sus!” – ifadәsini görüb çiyinlәrini çәkdi vә cavab vermәdi.
            Amma leytenant ondan mütlәq cavab qoparmaq fikrindәydi:
                – Buna nә sözünüz, möhtәrәm vәkil, nә deyә bilәrsiniz?
                – Özlәri belә yaşamaq istәyir, sizi әmin edirәm, әziz
            leytenant, siz onları yaxşı tanımırsınız… – Vәkil cavab vermәli
            oldu.
                Leytenant sәrt sәslә etiraz etdi:
                – Yox, bunu siz, torpaq mülkiyyәtçilәri belә istәyirsiniz,
            onların bu cür yaşamasının sәbәbkarı sizsiniz. Hәr şey buradan,
            başdan asılıdır, – o, öz başına toxundu. – Siz İtaliyanın
            başısınız, demәli, kәndlilәrin heyvan kimi yaşamasının günahı
            sizdәdir.
                Vәkilin canına vicvicә düşdü, amma o, qorxusunu büruzә
            vermәk istәmir, özünü yemәyә mәcbur edirdi. Bu zaman
            boynunu irәli uzadıb udqunur, boğazında dәn qalmış xoruza
            oxşayırdı.  Anası artıq üzündәki çaşqınlıq ifadәsini gizlәdә

             202
   197   198   199   200   201   202   203   204   205   206   207