Page 206 - alberto moravia_Макет 1
P. 206

Alberto Moravia


            get-gedә güclәnib, alәmi lәrzәyә gәtirdi. Leytenant dәrhal
            yerindәn dik atıldı:
                – Tәyyarәlәr… mәn batareyada olmalıyam, – o, yolunun
            üstündәki stulları aşıra-aşıra qaça-qaça otaqdan çıxıb getdi.
                Hamıdan tez vәkil özünә gәldi:
                – Tez, tez, arxamca gәlin… sığınacağa doluşun!
                Yerindәn qopub, başılovlu çölә qaçan vәkilin arxasınca
            düşdük.
                Talanın kәnarında yerin altına aparan giriş vardı, üzәrindә
            şalbanlardan vә qum kisәlәrindәn kiçik bir istehkam qurulmuşdu.
                – Tez olun, tez olun, indicә burada olacaqlar, – pillәlәri at-
            lana-atlana düşәn vәkil dayanmadan qışqırırdı. Doğrudan da,
            artıq uğultudan qulaq tutulurdu; zenit toplarının sәsi eşidilmәz
            olmuşdu. Adama elә gәlirdi ki, uğultu talanı dövrәyә almış
            ağacların arxasından gәlir. Biz talanın altındakı qaranlıq
            zirzәmidә bir yerә toplaşmışdıq. Birdәn-birә әtrafa dәrin sükut
            çökdü.
                – Әlbәttә, bu sığınacaq bizi bombadan qoruya bilmәz, –
            vәkil dedi, – amma hәr halda, güllә-qәlpә bura gәlib çatmaz:
            tavanın qalınlığı bir metrdir, hәlә üstünә qum kisәlәri dә
            yığılıb.
                Sığınacaqda nә qәdәr qaldıq, bilmirәm. Qaranlıqda kirimişcә
            dayanmışdıq.  Arabir zenit toplarının boğuq sәslәri eşidilir,
            yenidәn sükut çökürdü. Bir müddәt sonra vәkil qapını aralayıb,
            vurhavurun sakitlәşdiyinә әmin olandan sonra hamımız bayıra
            çıxdıq.  Vәkil dәlmә-deşik olmuş qum kisәlәrini göstәrdi,
            yerdәn barmaq uzunluğunda mis giliz götürüb dedi:
                – Adama dәysә, yerindәcә öldürәr. – sonra üzünü göyә
            tutdu: – Allah kömәyiniz olsun, tәyyarәlәr, tez-tez gәlin. Ümid
            edirәm ki, leytenantı cәhәnnәmә vasil elәdiniz, ondan canımızı
            qurtardınız: o, doğrudan da, vәhşidir.
                – Belә demә, Françesko, – anası tez irad tutdu, – o da
            insandır, ona ölüm arzulamaq yaxşı deyil.
                – Ona insan deyirsәn? O da lәnәtә gәlsin, batareyası da,
            kaş onun bura gәldiyi günә daş düşәydi. O, buradan cәhәnnәm

             206
   201   202   203   204   205   206   207   208   209   210   211