Page 205 - alberto moravia_Макет 1
P. 205

Çoçara

             Leytenant isә sözünә ara vermirdi:
             – Mәn yerlilәrim kimi deyilәm, ağlınız onlara getmәsin.
          Onlar özlәrini apara bilmirlәr… Düzdür, İtaliyanı sevirlәr,
          buranın gözәl abidәlәrinә, dünyanın әn gözәl mәnzәrәlәrinә
          baxıb, heyran olurlar… yaxud alman dilindә danışan italyan
          görüncә ürәklәri riqqәtә gәlir, doluxsunurlar. İtalyanlar onlara
          qonaqlıq verәndә – bu gün sizin elәdiyiniz kimi – mütәәssir
          olur, dostlaşırlar. Mәn bu cür sadәlövh, sәfeh adamlardan
          deyilәm. Hәr şeyi olduğu kimi görürәm, әziz sinyor, sözü dә
          adamın üzünә deyirәm.
             Birdәn-birә biçarә vәkilә yazığım gәldi, özümü saxlaya
          bilmәyib, sözümün dalını-qabağını fikirlәşmәdәn dedim:
             – Bilirsiniz, vәkil sizi niyә nahara dәvәt edib?
             – Niyә?
             – Ona görә ki, siz almanlardan qorxur, vәkil sizi әhlilәşdirmәk
          istәyib, necә ki vәhşi heyvanlara dadlı şeylәr verib әhlilәşdirirlәr.
             İşә bax ki, bu sözlәri eşidәndә, leytenantın sifәti bir anlığa
          tutuldu: alman olsa da, insanların onunla qorxudan yaxşı
          davrandığını eşitmәk ürәyincә deyildi. Bu, kimin xoşuna gәlәr
          ki? Dәhşәtә gәlәn vәkil vәziyyәti düzәltmәk istәdi:
             – Ona fikir vermәyin, leytenant… savadsız qadındır, bәzi
          şeylәri başa düşmür.
             Lakin leytenant әl işarәsi ilә onun sözünü ağzında qoydu
          vә üzünü mәnә tutdu:
             – Niyә hamı bizdәn qorxur? Biz dә başqaları kimi insan
          deyilik?
             Ağzımı açdım deyәm ki: “Yox, әsl insandan söhbәt gedir,
          heyvandan yox – әsl insan mağaradakı adamları odsaçan
          silahla yandırmaqdan, öz sözlәrinizlә desәk, “tәmizlәmәk”dәn
          hәzz almır”.
             Leytenant bu sözlәri eşitsәydi, bәlkә, tufan qoparardı,
          amma xoşbәxtlikdәn, heç nә demәyә macal tapmadım –
          vadidәn zenit toplarının guppultusu, bomba partlayışlarının
          sәsi eşidilmәyә başladı. Arı vızıltısını andıran tәyyarә sәslәri


                                                              205
   200   201   202   203   204   205   206   207   208   209   210