Page 200 - alberto moravia_Макет 1
P. 200
Alberto Moravia
xeyli ürәklәnmişdi, deyәsәn, artıq Mikelenin burada olduğundan
mәmnun idi.
– Bizim Festa elm adamıdır, tanınmış alimdir, – vәkil әlini
Mikelenin çiyninә vurdu.
Amma alman onu öz evinә qonaq çağıran vәkilin sözlәrinә
mәhәl qoymadı, üzünü Mikeleyә tutub sözünә davam etdi:
– İki il Romada yaşamışam, dilinizi dә orada öyrәnmişәm…
mәn fәlsәfәylә mәşğul oluram.
Söhbәtә qoşulmaq istәyәn vәkil zarafatla dedi:
– Elә isә hazırda baş verәnlәrә italyanların nә üçün fәlsәfi
yanaşdığını bilirsiniz… hә, mәhz fәlsәfi…
Amma leytenant heç onun üzünә dә baxmadı – başı
Mikeleylә söhbәtә qarışmışdı, yazıçıların adını çәkir, kitablardan
danışırdılar; bilinirdi ki, әdәbiyyatdan yaxşı baş çıxarır. Hiss
edirdim ki, Mikeleylә leytenant yavaş-yavaş isinişirlәr –
deyәsәn, alman zabiti bizim oğlanın xoşuna gәlmәyә başlamışdı.
Bir müddәt әdәbiyyatdan danışdılar, sonra söhbәt hәrlәnib-
fırlanıb, müharibәnin üzәrinә gәldi. Onlar “Әdәbiyyatçı vә
filosof üçün müharibә nәdir?” mövzusuna girişdilәr. Söhbәt
zamanı leytenant dedi ki, müharibәdә çox qiymәtli vә lazımlı
tәcrübә qazanırsan.
– Amma Balkanlarda vuruşarkәn özüm üçün tamamilә
yeni bir estetik (belә dә dedi: “estetik”, boynuma alıram ki,
yaddaşıma hәkk olunmuş bu sözü onda başa düşmәmişdim)
hiss kәşf etdim, – o, birdәn-birә әlavә etdi. – Bilirsәn nә vaxt,
sinyor professor? Odsaçan silahla mağaranı düşmәn әsgәrlәrindәn
tәmizlәyәrkәn.
Bu sözlәri eşidәndә dördümüz dә (Rozetta, mәn, vәkil vә
anası) quruyub qaldıq. Fikirlәşdim ki, leytenant yalan danışır,
o, belә iş görmәz, yәqin, sәrxoşdur, könlünә lovğalanmaq
düşüb. O artıq bir neçә stәkan çaxır içmişdi, sifәti qızarmışdı,
gözlәri axırdı. Buna baxmayaraq, ürәyim ayağımın altına
düşdü, mәni soyuq tәr basdı. Әtrafa göz gәzdirdim. Rozetta
200