Page 199 - alberto moravia_Макет 1
P. 199
Çoçara
xiyar turşusu gәtirdi. Sonra stolun üstünә bir şüşә şәrab da
qoydu – әla şәrab idi, hәlә dә dadı damağımdan getmәyib. Bir
sözlә, vәkillә anası bu cavan almanın qılığına girmәk üçün
dәridәn-qabıqdan çıxır, nәyin bahasına olur-olsun, öz batareyası
ilә yaxınlıqda düşәrgә salmış cavan leytenantın ürәyini ovlamaq
istәyirdilәr. Amma deyәsәn, leytenant quyruq әlә verәnlәrdәn
deyildi – o, stolun üstündәki çörәyi göstәrib soruşdu:
– Sinyor vәkil, icazә verin soruşum: bu çörәyi haradan
almı sınız?
Vәkil ağrısı tutmuş xәstә kimi üz-gözünü turşutdu, ürkәk,
inamsız sәslә, zarafatyana cavab verdi:
– Bağışlayıblar… bir әsgәr verib… biz dә әvәzindә ona
başqa şey verdik… belәdir dә, müharibә zamanı…
– Demәli, dәyiş-düyüş edirsiniz, – alman sәrt sәslә dedi, –
bu, qadağandır… O әsgәr kim idi?
– Yox, leytenant, üz vurmayın, bunu deyә bilmәrәm…
Yaxşısı budur, bu vetçinanın dadına baxın, alman malı deyil,
özümüz düzәltmişik.
Leytenant әlavә söz demәdәn oturub vetçina yemәyә
başladı.
Vәkilin yaxasını buraxan leytenant bu dәfә diqqәtini
Mikeleyә yönәltdi: onu başdan-ayağa süzüb soruşdu ki, hansı
işin sahibidir. Mikele gözünü qırpmadan cavab verdi, dedi ki,
orta mәktәbdә müәllim işlәyir.
– Nәyi tәdris edirsiniz?
– İtaliya әdәbiyyatını.
Leytenant sakitcә bәyan etdi:
– Sizin әdәbiyyatla tanışam… Hәtta bir italyan romanını
alman dilinә tәrcümә etmişәm.
Tәәccübdәn vәkilin gözlәri bәrәldi.
– Hansını? – Mikele soruşdu.
Leytenant müәllifin vә kitabın adını dedi; tәәssüf ki, heç
biri yadımda qalmayıb. Hiss etdim ki, indiyәcәn leytenanta
mәhәl qoymayan, ona barmaqarası baxan Mikele hәyәcanlanıb.
Leytenantın Mikeleylә mehriban danışdığını görәn vәkil isә
199