Page 203 - alberto moravia_Макет 1
P. 203

Çoçara


          bilmirdi: gördüm ki, qadın әllәrini stolun altında açıb dua
          elәyir, Tanrıdan yardım istәyir. Leytenant isә davam edirdi:
             –  Әvvәllәr İtaliyanın yalnız bir neçә şәhәrindә olmuşdum.
          Gözәl şәhәrlәrdir, söz yox, oradakı abidәlәrlә tanışlığım var.
          Amma müharibәnin sayәsindә ölkәnizi eninә-uzununa dolaşdım,
          hәr şeyә fikir verdim. Demәk istәdiyim budur, möhtәrәm
          vәkil: sizin ölkәnizdә sinfi fәrqliliklәr faciәvi şәkil alıb.
             Vәkil kirimişcә çiyinlәrini çәkdi, sanki bununla “Mәnim
          nә günahım?” – demәk istәyirdi. Leytenant bunu görüb cin
          atına mindi:
             – Yox, hörmәtli sinyor, bütün ziyalılar – vәkillәr, mühәndislәr,
          hәkimlәr, professorlar kimi, sizin dә günahınız böyükdür. Biz
          almanlar italyan zabitlәri vә әsgәrlәri arasında nә qәdәr böyük
          fәrq olduğunu görüb dәhşәtә gәlirik: zabitlәr xüsusi parçadan
          tikilmiş mundir geyir, xüsusi yemәklәr yeyirlәr, onlar üçün
          hәr şey xüsusi hazırlanır, bir sözlә, onlar imtiyazlı tәbәqәdir.
          Әsgәrlәrә baxanda isә adamın ürәyi ağrıyır, dilәnçi kökündәdirlәr,
          heyvan kimi qidalanırlar, onlarla elә heyvan kimi dә davranırlar.
          Buna nә sözünüz, sinyor vәkil?
             – Ola bilsin, hәr şey siz deyәn kimidir, – vәkil dedi, –
          bәlkә dә, buna әn çox tәәssüflәnәn mәnәm.  Amma mәn
          tәkbaşına neylәyә bilәrәm?
             –  Yox, hörmәtli sinyor, yaxanızı qırağa çәkmәyin, –
          leytenant öcәşmәyә sanki bәhanә gәzirdi, – bu, şәxsәn sizә
          aid mәsәlәdir. Siz vә sizin kimilәr bu vәziyyәti düzәltmәk
          istәsәydiniz, hәr şey başqa cür olardı. Bilirsiniz, İtaliya
          müharibәdә niyә mәğlub oldu, nә üçün bizim qiymәtli
          әsgәrlәrimiz İtaliya cәbhәsindә qan tökmәyә mәcburdur? Ona
          görә ki, әsgәrlәrlә zabitlәrin, xalqla sizin – hakim sinfi tәmsil
          edәn sinyorların arasında böyük bir uçurum var. İtalyan әsgәrlәr
          vuruşmaq istәmirlәr, çünki bu, sizin müharibәdir, onlarınkı
          deyil. Buna nә deyәcәksiniz?
             Deyәsәn, vәkilin sәbir kasası daşmağa başlayırdı – o,
          ehtiyatı әldәn buraxıb etiraz etdi:

                                                              203
   198   199   200   201   202   203   204   205   206   207   208