Page 204 - alberto moravia_Макет 1
P. 204

Alberto Moravia


                – Doğrudur: xalq müharibә istәmirdi. Amma müharibәni
            mәn dә istәmirdim. Bizi buna faşist hökumәti mәcbur etdi.
            Faşist hökumәtini isә mәn heç vaxt öz hökumәtim saymamışam,
            buna әmin ola bilәrsiniz.
                Cavabında leytenant sәsini qaldırdı:
                –  Yox, әziz sinyor, bir daha deyirәm, yaxanızı kәnara
            çәkmәyin: bu hökumәt – sizin hökumәtdir.
                – Mәnim hökumәtim? Zarafat elәyirsiniz, leytenant?
                Vәkilin anası dözmәyib, söhbәtә müdaxilә etdi:
                – Françesko, Allah xәtrinә… xahiş edirәm.
                Leytenant isә israrla sözünә davam etdi:
                – Elәdir, bu, sizin hökumәtdir; istәyirsinizsә, sübut edә
            bilәrәm…
                – Bunu necә sübut elәyә bilәrsiniz?
                – Sizin haqqınızda hәr şeyi bilirәm, әziz sinyor. Mәsәlәn,
            bilirәm ki, siz antifaşistsiniz, liberalsınız. Amma bu vadidә siz
            kәndlilәrlә vә ya fәhlәlәrlә yox, faşist tәşkilatının katibi ilә
            oturub-durursunuz… Buna nә sözünüz?
                Vәkil yenә çiyinlәrini çәkdi:
                – Hәr şeydәn әvvәl, mәn antifaşist, yaxud liberal deyilәm,
            siyasәtlә mәşğul olmuram, başqalarının işinә dә burnumu sox-
            muram. Faşist tәşkilatı katibinin mәsәlәyә nә dәxli var? Onunla
            eyni mәktәbdә oxumuşuq, özü dә uzaq qohumumdur: bacım
            onun әmisi oğlunda әrdәdir… siz almanlar belә şeylәri başa
            düşmәzsiniz… siz İtaliyanı yaxşı tanımırsınız.
                – Yox, әziz sinyor, bu – sübutdur, özü dә yaxşı sübutdur…
            Siz hamınız – faşistlәr vә antifaşistlәr – bir bezin qırağısınız,
            çünki eyni sinfi tәmsil edirsiniz. Bu hökumәt – sizin hökumәtdir,
            hәm faşistlәrin, hәm dә antifaşistlәrin hökumәti. Hamınızın,
            ona görә ki, sizin sinfin hökumәtidir… Bu, faktdır, әziz sinyor,
            faktlardan qaça bilmәzsiniz, başqa söz-söhbәtә ehtiyac yoxdur.
                Ev isti olsa da, vәkilin alnında iri tәr damcıları göründü;
            yerindә qurcuxan, özünә yer tapmayan anası titrәk sәslә:
                – Gedim qәhvә hazırlayım, – deyib mәtbәxә keçdi.

             204
   199   200   201   202   203   204   205   206   207   208   209