Page 209 - alberto moravia_Макет 1
P. 209
Çoçara
danışırdı ki, ingilislәr quruda döyüşә bilmir, çünki hamısı
dәnizçidir, almanlar isә, әksinә, quruda daha yaxşı vuruşurlar;
ona görә dә ingilislәr almanların öhdәsindәn gәlә bilmәyәcәk,
mütlәq mәğlub olacaqlar. Mikele qaçqınlarla kәlmә belә
kәsmirdi. “Qanımı qaraltmaq istәmirәm” – deyirdi. Bizi isә
sakitlәşdirir, deyirdi ki, bu müharibәdә almanların qәlәbә
çalması mümkün deyil. Bir dәfә ondan soruşdum ki, nәyә
görә belә fikirlәşir?
– Almanlar bu müharibәni başlamamış mәğlub olublar.
İndi sizә danışacağım әhvalat göstәrir ki, әslindә, biz
hadisәlәrin gedişatından xәbәrsiz idik, ucundan-qırağından
bizә çatan xәbәrlәri dә avam kәndlilәr kimi başqa yerә
yozurduq. Antsioda baş verәnlәr haqqında çox az şey bilirdik.
Ona görә dә Filippo vә başqa bir alverçi qaçqın Parideyә pul
verdilәr ki, dağ cığırları ilә gedib, doğru-dürüst xәbәr gәtirsin.
O yer Çoçariyadan xeyli uzaqda yerlәşirdi. Paride orada bir
kәnd hәkimi ilә görüşmәliydi. Hәkimin evindә radioqәbuledici
vardı. Paride savadsız olsa da, radiodan xәbәrlәri dinlәyib,
yadında saxlamağı bacarardı. Başa düşmәdiklәrini isә hәkim
ona izah edәcәkdi. Parideyә әlavә pul da verdilәr ki, tapsa, bir
az un, paxla, yağ-filan alıb gәtirsin. Günlәrin bir günü, Paride
eşşәyini palanlayıb yola düzәldi. Bir dә üç gün sonra, axşamçağı
gәlib çıxdı. Eşşәyin yüyәnindәn tutub, cığırla aşağıya endiyini
görüncә qaçqınlar onun qarşısına yüyürdü. Hamıdan qabaqda
Filippo ilә onun alverçi dostu qaçırdı. Paride çatan kimi dedi
ki, әrzaq tapa bilmәyib – onun baş çәkdiyi yerlәrdә dә aclıqdır,
camaat Sant-Yeufemiyadan da betәr gündә yaşayır. Bunu
deyib daxmaya girdi, keçib kәtildә әylәşdi, ailә üzvlәri, Mikele,
Filippo vә başqaları onu üzük qaşı kimi dövrәyә aldılar. İçәridә
yer olmadığına görә adamların çoxu çöldә qalmışdı. Hamı
Paridenin radiodan hansı xәbәrlәri eşitdiyini öyrәnmәk istәyirdi.
Paride radiodan eşitdiklәrini danışmağa başladı. Dedi ki,
döyüş dәstәlәrinin quruya çıxması haqqında çox az danışılır;
xәbәrlәrdәn belә çıxır ki, almanlar vә ingilislәr üz-üzә dayanıblar,
209