Page 211 - alberto moravia_Макет 1
P. 211

Çoçara


          onun gәtirdiyi xәbәrlәrin hamısı radioda sәslәndirilib, buna
          söz ola bilmәz.
             Bir az sonra Mikeledәn Qanonun kim olduğunu soruşdum.
          Mikele izah etdi ki, Qano çoxdan yaşayıb, generaldır, türklәrlә
          müharibә zamanı öz imperatoruna xәyanәt edib.
             – Görürsәn, demәli, belә şeylәr olur, – dedim, – yox, Pari-
          denin әl-üzünü yumaq fikrindәn uzağam, amma hәr halda,
          deyilәnlәr yalan olmaya da bilәr.
             Mikele gülә-gülә dedi:
             – İndi belә şeylәr olmur, amma olsaydı, pis olmazdı.
             İngilislәrin hәmlәsi heç bir nәticә vermәdiyi üçün bizә
          yalnız oturub gözlәmәk qalırdı. Belә bir mәsәl var: ölmәk
          gözlәmәkdәn asandır. Yanvar-fevral aylarında biz sanki yavaş-
          yavaş ölürdük. Günlәr bir-birindәn mәnasız keçir, yeni heç nә
          baş vermirdi. Sәhәr tezdәn qalxıb odun yarır, sәhәr yemәyi
          hazırlayır, yemәkdәn sonra maçerada veyillәnә-veyillәnә
          axşamın düşmәsini gözlәyirdik. Bundan başqa, hәr gün
          tәyyarәlәr uçub gәlir, başımıza bomba yağdırırdı. Axşamdan
          sәhәrә, sәhәrdәn axşama Antsio tәrәfdәn top sәslәri eşidilirdi.
          Amma belә çıxırdı ki, mәrmilәr hәdәfә dәymir, çünki bildiyimizә
          görә, nә ingilislәr, nә almanlar yerlәrindәn tәrpәnmirdilәr. Bir
          sözlә, günlәrimiz son dәrәcә yeknәsәq, boz, darıxdırıcı keçirdi.
          Әsәblәrimiz tarıma çәkilmişdi, bizә elә gәlirdi ki, bu mәşәqqәt
          heç vaxt qurtarmayacaq. Buraya gәldiyimiz ilk günlәrdәn
          fәrqli olaraq, saat әqrәblәri sanki öz hәrәkәtini dayandırmış,
          hamımız ümidsizliyә qapılmışdıq.
             Yemәk haqqında bitib-tükәnmәk bilmәyәn söhbәtlәr
          yeknәsәq hәyatımızı zәhәrә döndәrmişdi: yemәk azaldıqca,
          bu barәdә daha çox danışırdıq. Özü dә bu artıq yaxşı qidalan-
          mayan adamların donqultularına yox, qarın dolusu yeyә
          bilmәyәnlәrin şikayәtinә bәnzәyirdi. Artıq hamı gündә bircә
          dәfә yeyirdi, dost-aşnanı nahara dәvәt etdiyimiz vaxtlar arxada
          qalmışdı. Filippo deyirdi:



                                                              211
   206   207   208   209   210   211   212   213   214   215   216