Page 216 - alberto moravia_Макет 1
P. 216

Alberto Moravia


                – Düz deyirsәn, sәni böyüdüb boya-başa çatdıran, tәhsil
            haqqını ödәyәn atan olmasaydı, indi ondan utanmazdın, demәli,
            günahkar mәn özümәm.
                Susmaq növbәsi Mikeleyә çatdı, o, bir müddәt fikrә gedib,
            handan-hana belә  cavab verdi:
                – Sәn haqlısan… sizә qulaq asmalı deyildim… sizdәn
            aralı gәzmәyә çalışacağam ki, yemәk-içmәk barәdә rahatca
            danışa bilәsiniz.
                Bundan sonra Filippo mülayim sәslә danışmağa başladı,
            deyәsәn, mütәәssir olmuşdu – burada olduğumuz müddәtdә
            ilk dәfәdi ki, oğul atasının haqlı olduğunu etiraf edirdi.
                – İstәyirsәn, başqa şeylәrdәn danışarıq… Düz deyirsәn,
            yemәk barәdә nә qәdәr danışmaq olar axı?.. Söhbәti dәyişmәk
            lazımdı.
                Amma Mikele birdәn qeyzlәndi, ilan vurmuş kimi dik
            atılıb, bağırmağa başladı:
                – Di yaxşı! Başqa nәdәn danışacağıq? İngilislәrin gәlişindәn?
            Bolluqdan? Ticarәt sövdәlәşmәlәrindәn? Ortaqlarınızın oğurladığı
            әşyalardan? Nә barәdә danışaq, hә?
                Filipponun sözü kәsildi, heç nә deyә bilmәdi, çünki o
            yalnız bunlardan danışırdı; Mikele mövzuların hamısını
            sadaladıqdan sonra ağlına başqa heç nә gәlmirdi. Mikele çıxıb
            getdi. Oğlunun uzaqlaşdığına әmin olandan sonra Filippo
            başını yellәdi. Bununla demәk istәyirdi ki: “Oğlum orijinal
            adamdır, neylәmәk olar, birtәhәr yola vermәk lazımdır”.
            Qaçqınlar onu sakitlәşdirmәyә, bәlkә dә, ovundurmağa başladılar.
                – Filippo, sәnin oğlun çox şey bilir… onun tәhsilinә
            xәrclәdiyin pullar hәdәr getmәyib, fikir elәmә…
                Elә hәmin gün Mikele atası ilә üz-göz olduğuna görә
            peşmançılıq keçirmәyә başladı:
                – Atam düz deyir, ona hörmәt etmirәm. Amma o, yemәkdәn
            danışmağa başlayanda cin atına minirәm, özümü saxlaya
            bilmirәm.


             216
   211   212   213   214   215   216   217   218   219   220   221