Page 221 - alberto moravia_Макет 1
P. 221

Çoçara


             – Mikele, elә ah çәkirsәn, elә bil bu mәnzәrә xoşuna
          gәlmir, – gülә-gülә ona dedim.
             – Elәdir, bu mәnzәrәyә baxanda halım dәyişir, çünki
          gözәllik adamı başdan çıxara bilәr.
             Aşırımı keçib, qayaların arasındakı cığırla irәlilәmәyә
          başladıq; әvvәlcә cığır zorla görünürdü, adama elә gәlirdi ki,
          kimsә iz qoyub. Get-gedә genişlәnәn cığır dağın qılıcına
          qalxırdı. Cığırın hәr iki tәrәfi yarğan idi. Bir tәrәfdә Fondi,
          digәr tәrәfdә kolluqlarla örtülmüş böyük dәrә gözә dәyirdi.
          İlan kimi qıvrılan cığır uzandıqca uzanırdı. Nәhayәt, kolluqlarla
          vә böyük palıd ağacları ilә örtülmüş dәrәyә gәlib çıxdıq.
          Dәrәnin dibi daha çox uçuruma oxşayırdı, burada ins-cins
          gözә dәymirdi. Kolluqların arasıyla qıvrıla-qıvrıla axıb bu
          yerlәrin sakitliyini pozan kiçik çayın kәnarıyla xeyli yol getdik.
          Cığır bizi başqa bir aşırıma gәtirib çıxardı, bundan sonra bir
          qәdәr aşağı enib, yenidәn dağa dırmaşmağa başladıq. Xeyli
          irәlilәdikdәn sonra, nәhayәt, dağın çılpaq, daşlı zirvәsinә
          qalxdıq. Daşların arasında köhnә, günәşdә yanıb qaralmış bir
          xaç gördük – әldәn-ayaqdan uzaq dağ başında bu xaçı, Allah
          bilir, haçan qoymuşdular. Dağın qılıcıyla yolumuza davam
          etdik vә qәribә bir yerә gәlib çıxdıq. Yuxarıdan baxanda, ovuc
          içindәymiş kimi, kiçik bir yayla gözә dәyirdi. Talaya bәnzәyәn
          bu kiçik әrazi pasxa çörәyini xatırladan nәhәng, qırmızı
          qayanın altında yerlәşirdi. İri daşlarla örtülmüş bu әrazidә
          tәkәmseyrәk palıd ağacları bitmişdi. Nәhәng, qoca palıd
          ağaclarının çılpaq, küpәgirәn qarıların saçlarına oxşayan boz
          budaqları sanki daşlara kölgә tuturdu. İrili-xırdalı daşların
          hamısı kәllә qәnd kimi eyni formadaydı, elә bil bu qara,
          hamar daşları yonub-hamarlamışdılar. Palıd ağaclarının vә
          qayalıqların arasında çoxlu daxma qaralırdı. Daxmaların külәşlә
          döşәnmiş qara damından tüstü burumları qalxırdı; daxmaların
          önündә oturmuş qadınların bәzilәri nәsә toxuyur, digәrlәri
          zivәyә paltar sәrirdi; әtrafda uşaqlar qaçışır, oyun çıxarırdılar;
          kişilәr heç yerdә gözә dәymirdi, çünki bu kәnddә çobanlar


                                                              221
   216   217   218   219   220   221   222   223   224   225   226