Page 219 - alberto moravia_Макет 1
P. 219
Çoçara
Onun getdiyi cığır qaçqınlardan birinin yaşadığı daxmanın
yanından keçirdi. Hәmin qaçqın dama-dama köynәyini çәpәrin
üstündәn asmışdı. Cığırla ötüb-keçәn alman ayaq saxladı,
әliylә köynәyin keyfiyyәtini yoxladı vә başını yellәyә-yellәyә
çıxıb getdi. Heç yarım saat keçmәdi ki, o, yenidәn daxmanın
yanında peyda oldu, köynәyi qoltuğuna vurub, tövşüyә-tövşüyә
aradan çıxdı. Bir şey başa düşürsünüz? Qarmon çaldı, uşaqların
başına sığal çәkdi, bir sözlә, hamının ürәyini әlә aldı, amma
çıxıb gedәrkәn qaçqının köynәyinә tamah saldı; nәfsinә dov
gәlә bilmәyib, yoldan qayıtdı, köynәyi oğurlayıb qaçdı. O,
qarmon çalarkәn adi kәndli, dәmirçi idi, amma sonra yenidәn
heç kәsә hörmәt qoymayan, başqalarının malını özününkü
sayan әsgәrә çevrildi. Dediyim kimi, müharibәdә tәkcә
öldürmürlәr, hәm dә qarәt edirlәr; dinc vaxtlarda heç kәsin
malında-mülkündә gözü olmayanlar müharibә zamanı azğınlaşır,
onda insanları öldürmәyә, qarәt etmәyә instinktiv hәvәs yaranır.
Çünki onları belә şeylәrә hәvәslәndirirlәr, deyirlәr ki, bu, әla
instinktdir, özünü bu istinktin ixtiyarına buraxmalısan, әks
halda, yaxşı әsgәr sayılmayacaqsan. İnsan da tәxminәn bu cür
fikirlәşmәyә başlayır: “…İndi müharibә gedir… müharibә
qurtarandan sonra әvvәlki hәyatıma qayıdacağam… hәlәlik
isә nә istәsәm, elәyә bilәrәm”. Amma mәn fikirlәşirәm ki,
müharibә zamanı belә, bircә dәfә oğurladınsa vә ya adam
öldürdünsә, heç vaxt әvvәlki kimi ola bilmәzsәn. Bu, ona
bәnzәyir ki, öz bakirәliyini itirәn qız möcüzә nәticәsindә
yenidәn bakirәliyә ümid bәslәsin. Amma bu dünyada belә
möcüzәlәr olmur. Bircә dәfә oğurluq edәn, adam öldürәn
insan hәmişә oğru vә qatil olaraq qalacaq. Hәrbi forma geydiyi,
sinәsi medallarla dolu olduğu vaxtlarda belә.
Kәndlilәr bilirdi ki, almanlar ağına-bozuna baxmadan,
әlinә keçәni götürüb aparır. Ona görә dә oğlan uşaqlarından
“sәyyar post”lar tәşkil etmişdilәr: bu postlar Sant-Yeufemiyadan
vadiyәcәn böyük bir mәsafәyә sәpәlәnmişdi. Dağ cığırında
alman görünәn kimi, birinci oğlan var gücü ilә bağırırdı:
219