Page 220 - alberto moravia_Макет 1
P. 220
Alberto Moravia
– Qızdırma!
Ondan xeyli yuxarıda dayanan başqa oğlan tәkrarlayırdı:
– Qızdırma!
Belәcә, “qızdırma” siqnalı Sant-Yeufemiyaya gәlib-çatır,
adamlar dәrhal әl-ayağa düşürdülәr: un kisәsini belinә alan
kim, lobya torbasını qamarlayan kim… Kimin nәyi vardısa –
әridilmiş donuz piyi, sosiska vә s. – götürüb, kolluqlarda vә
mağaralarda gizlәdirdi. Bәzәn, doğrudan da, gәlәn olurdu.
Heç kәs bilmirdi niyә gәlirlәr – alman әsgәrlәri daxmaların
arasında dolaşır, kәndlilәr vә qaçqınlar onların arxasınca
düşürdü. Kәnardan baxanda bu, mәrasimi xatırladırdı. Qaçqınlar
mәzhәkә çıxarır, әllәrini ağızlarına aparıb, almanlara işarә
edirdilәr ki, acdırlar, yemәk istәyirlәr. Amma әksәr hallarda
hәyәcan siqnalı yalan çıxırdı: qaçqınlar bir saat, saat yarım
gözlәyir, amma heç kim gәlmirdi. Bundan sonra hamı rahat
nәfәs alır, kolluqlarda gizәtdiklәri әrzağı yenidәn evә daşıyırdılar.
Әrzağımız tükәnmişdi, heç yerdәn yemәk tapmaq mümkün
deyildi deyә son çarәyә әl atmaq qәrarına gәldim: pulum var
idi, gedib başqa yerlәrә dә baş çәkmәk, nә yolla olur-olsun,
әrzaq tapmaq fikrindәydim. Günlәrin bir günü sәhәr tezdәn
Rozetta, Mikele vә mәn yola düzәldik. Getdiyimiz Qara Daş
kәndinә qәdәr ayaqla tәxminәn dördsaatlıq yol vardı. Fikirlәşirdik
ki, ora günorta çatarıq, әrzaq alıb nahar edәndәn sonra Sant-
Yeufemiyaya qayıdarıq.
Biz yola düşәndә hava çoxdan işıqlaşsa da, günәş hәlә
çıxmamışdı. Soyuq şimal külәyi әsirdi, bu yerlәrdә onu “qar
külәyi” adlandırırlar. Burnumuz, qulaqlarımız donurdu. Keçiddә,
hәqiqәtәn, qar gördük: zümrüd otların arasındakı ağ lәkәlәr
bәrq vururdu. Günәş çıxan kimi hava istilәşdi. Ağ lәkәlәrlә
örtülmüş Çoçariya dağlarının mәnzәrәsi elә gözәl idi ki, ayaq
saxlayıb tamaşasına durduq. Yadımdadır, Mikele dağlara baxa-
baxa ah çәkib dedi:
– İtaliyanın әvәzi yoxdur.
220