Page 218 - alberto moravia_Макет 1
P. 218

Alberto Moravia


            Amma hәmin il Terraçina Sant-Yeufemiyadan da betәr gündәydi,
            insanlar yemәk tapmırdılar. Bundan başqa, almanlar yerli
            әhalini göz açmağa qoymur, әllәrinә keçәni qamarlayıb
            götürürdülәr. Ona görә yox ki, hamısı oğru-quldur idi, ona
            görә ki, müharibә gedirdi, belә vaxtlarda isә hamı bir-birini
            öldürür, qarәt edir. Bir dәfә bizә bir alman әsgәri gәldi. Sanki
            elә-belә, bizi yoluxmağa gәlmişdi; tәk gәlmişdi, özü dә silahsız
            idi. Bu girdәsifәt, qarayanız oğlanın kәdәrli gözlәrindәn
            narahatlıq yağırdı; o, daxmaların arasında dolaşır, kәndlilәrlә,
            qaçqınlarla söhbәtlәşirdi. Hiss olunurdu ki, pis niyyәtlә
            gәlmәyib, hәtta qaçqınlara vә kasıb kәndlilәrә rәğbәtlә yanaşır.
            Dedi ki, müharibәdәn әvvәl kәnddә dәmirçi işlәyib, yaxşı
            qarmon çalmağı var. Onda qaçqınlardan biri öz qarmonunu
            gәtirdi vә alman daşın üstünә oturub, çalmağa başladı. Onu
            dövrәyә alıb tamaşa edәn uşaqların ağzı açılı qalmışdı. O,
            doğrudan da, yaxşı çalırdı. Sәslәndirdiyi melodiyaların arasında
            “Lili Marlen” dә vardı. Çox kәdәrli mahnıdır, elә yanıqlı
            sәslәnir ki, adamın ürәyi sızlayır. Hәmişә bu mahnını dinlәyәndә
            fikirlәşirdim ki, Mikelenin nifrәt etdiyi, adam yerinә qoymadığı
            almanlar da bizim kimi insandırlar, onların da evdә arvad-
            uşağı var, onları öz evlәrindәn, ailәlәrindәn ayrı salmış
            müharibәni görәn gözlәri yoxdur. “Lili Marlen”dәn sonra
            alman başqa melodiyalar ifa etdi, onların hamısı qәmli, eyni
            zamanda tәntәnәli sәslәnirdi, bәzilәri isә konsert musiqisi
            kimi mürәkkәb idi, çәtin başa düşmәk olurdu. O, başını
            qarmona söykәyib çalırdı, sanki barmaqları qarmonun dillәri
            üzәrindә uçur, kәpәnәk kimi qanad çalırdı. Üzünün ifadәsindәn
            hiss olunurdu ki, ciddi adamdır, nәyin necә olduğunu yaxşı
            başa düşür; o, heç kәsә nifrәt bәslәmirdi vә imkanı olsaydı,
            әlinә silah almazdı. Alman düz bir saat qarmon çaldı, çıxıb
            gedәrkәn uşaqların başını sığalladı vә pis danışdığı italyan
            dilindә dedi:
                – Ürәyinizi sıxmayın, tezliklә müharibә qurtaracaq.


             218
   213   214   215   216   217   218   219   220   221   222   223