Page 215 - alberto moravia_Макет 1
P. 215
Çoçara
oğlan maşına oturub, Neapola gedirdik. Saat birdә yemәyә
әylәşir, beşdә süfrәdәn qalxırdıq. Yemәklәrә söz ola bilmәzdi:
balıq sousu ilә makaron, lәzzәtli alabalıq, mürәkkәbböcәyi,
xәrçәng, istirdiyyә, qızardılmış vә ya suda bişirilmiş ton balığı,
kefal, yaşıl noxudla közdә qızardılmış qılınc balığı vә ya kirpi
balığı. Bir sözlә, iki-üç saat әrzindә, az qala, bütün balıqların
vә sousların dadına baxardıq. Süfrәdәn qalxanda jiletlәrimizin
yaxasını açır, kәmәrlәri boşaldırdıq. Elә bәrkdәn gәyirәrdik
ki, pәncәrәlәr titrәyәrdi. Bir dәfәdә çәkimiz iki-üç kilo artırdı.
Adambaşına, әn azı, iki litr çaxır içәrdik.
– İngilislәr gәlәndәn sonra yenә bolluq olacaq, Filippo, –
qaçqınlardan hansısa dedi.
Bir dәfә yemәk haqqında danışarkәn Mikeleylә Filipponun
mübahisәsi düşdü.
– Yaxşı bordanmış bir donuzum olsaydı, – Filippo dedi, –
kәsib, barmaq qalınlığında, yağlı, yarım kilo ağırlığında bir
bifşteks bişirәrdim… başa düşürsünüz dә, yarım kilo donuz
әti adamı hәyata qaytara bilәr.
Tәsadüfәn yaxınlıqdan keçәn Mikele onun sözlәrini eşidib,
birdәn-birә dedi:
– Bunun adı – hannibalizmdir.
– Niyә?
– Çünki donuzun donuzu yemәsi hannibalizmdәn başqa
bir şey deyil.
Oğlunun onu donuz adlandırması, әlbәttә ki, Filipponun
xoşuna gәlmәdi: o qızarıb-pörtdü vә incik sәslә Mikeleyә
irad tutdu:
– Sәn ata-anana hörmәt qoymursan.
Mikele isә cavabında:
– Hәm hörmәt qoymuram, hәm dә onlardan utanıram, –
dedi.
Oğlu elә qәtiyyәtli danışırdı ki, atası tamamilә karıxdı,
sifәti bozardı. Bir müddәt sonra özünә gәlәn Filippo dedi:
215