Page 210 - alberto moravia_Макет 1
P. 210

Alberto Moravia


            heç biri digәrinin mövqelәrini әlә keçirә bilmir. Hәkimlә vә
            radio dinlәyәn bir çox başqaları ilә söhbәt etdikdәn sonra
            Paride ingilislәrin uğursuzluğa düçar olmasının sәbәbini
            öyrәnmişdi. Dediyinә görә, ingilislәr bir qadının ucbatından
            qalib gәlә bilmәyiblәr. Bu sözlәr hamımızı tәәccüblәndirdi.
            Paride dedi ki, әmәliyyata rәhbәrlik edәn amerikalı admiral,
            sәn demә, alman imiş, amma bunu heç kәs bilmirmiş; admiralın
            gözәl qızı bütün Avropada Amerika qoşunlarının komandanı
            olan generalın oğlunun nişanlısı olub; amma generalın oğlu
            qızla evlәnmәkdәn boyun qaçırıb, bütün hәdiyyәlәri vә nişan
            üzüyünü qaytarıb, bununla da admiralı әmәlli-başlı tәhqir
            edib. Onda alman әsilli admiral qisas almaq fikrinә düşüb vә
            әmәliyyatın vaxtını gizlicә almanlara bildirib. Amma özünü
            amerikalı kimi tanıtmış admiralın alman olduğu artıq üzә
            çıxıb, onu hәbs ediblәr, tezliklә mәhkәmәsi olacaq vә aydın
            mәsәlәdir ki, güllәlәyәcәklәr. Paridenin gәtirdiyi xәbәrlәr
            dinlәyicilәri iki düşәrgәyә ayırdı; sadәlövh kәndlilәr başlarını
            yellәyirdilәr:
                – Yenә qadın, hәr şeydә qadın barmağı var… Nahaqdan
            demәyiblәr ki, şeytan özü gedә bilmәdiyi yerlәrә qadını
            göndәrir.
                Digәrlәri Paridenin sözlәrinә etiraz edir, deyirdilәr ki,
            radioda belә şeylәr danışmazlar.
                – Bu mәlumatları radiodan eşitdiyinә әminsәn? – Mikele
            ondan soruşdu.
                Paride dedi ki, hәkim vә başqaları bu mәlumatları “Londonun
            sәsi” radiosundan öz qulaqları ilә eşidiblәr.
                – Bәlkә, bütün bunları bazar meydanında hansısa gopçudan
            eşitmisәn?
                – Nә danışırsan?
                – Elә-belә dedim. Nә isә, bu, fırıldaqçı Qano hekayәtinin
            yeni versiyasıdır. Söz yox, çox maraqlıdır.
                İstehzanı başa düşmәyәn Paride bir daha tәkrarladı ki,



             210
   205   206   207   208   209   210   211   212   213   214   215