Page 207 - alberto moravia_Макет 1
P. 207

Çoçara


          olub getsә, bugünkündәn yüz dәfә yaxşı süfrә açıb, hamınıza
          qonaqlıq verәcәm.
             Leytenanta lәnәtlәr yağdıran vәkil nifrәtini gizlәdә bilmirdi.
          Nәhayәt, evә qayıdıb qәhvә içdik, vәkilin anası bizdәn
          yumurtaları alıb, әvәzindә bir az un, bir az da paxla verdi.
          Sağollaşıb yola düzәldik.
             Yumurtaları una dәyişmişdik, artıq gec idi, mәn Sant-
          Yeufemiyaya qayıtmaq istәyirdim. Vadidә rastlaşdığımız hәr
          şey qanımı qaraldırdı: әvvәlcә yolda atları çәkib aparan rus,
          sonra ağlını itirmiş qız, axırda da bu alman leytenantı.
             – Onun sözlәri mәni lap cin atına mindirdi, – evә qayıdarkәn
          Mikele dedi.
             – Hansı sözlәri?
             – Nә olsun ki, nasistdir, bәzi şeylәri düz deyirdi.
             – Nәyә tәәccüblәnirsәn? Mәgәr nasist bәzi şeylәri düz
          deyә bilmәz?
             Başını aşağı salıb cavab verdi:
             – Heç vaxt.
             Mikeledәn soruşmaq istәyirdim: necә olur ki, insanları
          odsaçan silahla yandırmaqdan hәzz alan bu azğın nasist
          İtaliyadakı әdalәtsizliklәri görüb, dilә gәtirir? Mikele hәmişә
          deyirdi ki, әdalәtsizliklәri görüb, dilә gәtirәn adamların әvәzi
          yoxdur, belә adamları gözünün işığı sayır. Amma әdalәtsizliklәri
          görәn bu filosof leytenant insanları öldürmәkdәn hәzz alır –
          bu, istәr-istәmәz çaşqınlıq yaradırdı. Belә çıxırdı ki, әdalәt elә
          dә yaxşı şey deyil. Gördüm ki, onsuz da, Mikelenin әhvalı
          pozulub, ona әlavә suallar verib, qanını qaraltmaq istәmәdim.
          Sant-Yeufemiyaya çatanda artıq axşam düşmüşdü.












                                                              207
   202   203   204   205   206   207   208   209   210   211   212