Page 208 - alberto moravia_Макет 1
P. 208

Alberto Moravia


                                      VII fәsil


                Soyuq şimal külәyi ara vermirdi; göy üzü buludsuz, büllur
            kimi şәffaf idi. Belә yanvar günlәrinin birindә, sәhәr tezdәn
            dәniz tәrәfdәn tez-tez tәkrarlanan qәribә sәslәr eşitdik. Әvvәlcә
            boğuq, zәif sәslәr gәlirdi, elә bil hansısa bir qüvvә sәmanı
            yumruqlayırdı. Zәrbә sәslәri get-gedә güclәnir, daha aydın
            eşidilirdi: bum, bum, bubum… Nә qәdәr qorxunc sәslәnsә dә,
            bu zaman әtrafda hәr şey daha da gözәllәşir, günәş daha
            parlaq işıq saçır, sәma tamamilә mavi rәngә bürünürdü. Bu
            gumbultu gecә-gündüz davam edirdi. Üç gün sonra bir çoban
            gәldi, әlindә kolluqdan tapdığı bir kağız vardı. Kağız mәtbәәdә
            çap olunmuşdu. Sәn demә, bu, ingilislәrin alman dilindә,
            alman әsgәrlәri üçün çap etdiyi qәzet imiş. Alman dilini az-
            çox bilәn yalnız Mikele idi, qәzeti dә ona verdilәr. Mikele
            qәzetә göz gәzdirib dedi ki, ingilislәr Roma yaxınlığındakı
            Antsioda quruya çıxıblar. Dәnizdә vә quruda qanlı döyüş
            olub, indi ingilislәr Romaya doğru irәlilәyir, hazırda Velletriyә
            çatıblar. Bunu eşidәn qaçqınlar sevincdәn atılıb-düşmәyә, bir-
            birini qucaqlayıb tәbrik etmәyә başladılar. Axşam gec yatdıq,
            qaçqınlar daxmadan daxmaya keçir, müttәfiqlәrin qәlәbәsi
            haqqında danışırdılar.
                Lakin sonrakı günlәrdә yeni heç nә eşitmәdik. Hәlә dә
            Terraçina tәrәfdәn top sәslәri gәlirdi; amma deyәsәn, almanlar
            bu yerlәri tәrk edәnә oxşamırdılar. Bir neçә gündәn sonra
            mәsәlәdәn xәbәr tutduq: ingilislәrin quruya çıxması xәbәri
            doğru idi, amma onların qәfil hücum planı pozulub – almanlar
            tez duyuq düşüb, ora saysız-hesabsız әsgәr göndәriblәr; qanlı
            döyüşlәrdәn sonra hücumun qarşısı alınıb. Hәlә ki, ingilislәr
            sahildә, әl boyda yerdә möhkәmlәniblәr, amma almanlar ara
            vermәdәn onları top atәşinә tutur, belә getsә, ingilislәr öz
            gәmilәrinә minib, kor-peşiman geri dönmәli olacaqlar. Bu
            xәbәrlәri eşidәndә ovqatım tәlx oldu. Sant-Yeufemiyada hamı


             208
   203   204   205   206   207   208   209   210   211   212   213