Page 217 - alberto moravia_Макет 1
P. 217
Çoçara
Soruşdum ki, onu qıcıqlandıran nәdir axı? Bir az fikirlәşib
dedi:
– Sabah ölәcәyini bilsәydin, ölümdәn danışardın?
– Yox.
– Axı biz hәmin vәziyyәtdәyik. Sabah, ya başqa bir gün,
onsuz da, hamımız ölәcәyik.
Doğrusu, onun nә demәk istәdiyini başa düşmәdim, odur
ki, tәkidlә yenidәn soruşdum:
– Bәs nәdәn danışaq?
Özünü o yerә qoymadı:
– İndiki halda biz, mәsәlәn, bu vәziyyәtә düşmәyimizin
sәbәblәri haqqında danışmalıyıq.
– O hansı sәbәblәrdir ki?
– Bunu hәr kәs özü üçün aydınlaşdırmalıdır, – gülә-gülә
cavab verdi.
– Bәlkә dә, hәr şey sәn deyәn kimidir, amma sәnin atan ac
olduğuna görә yemәkdәn danışır – qıtlıqdır, hamı yemәk
barәdә düşünür.
– Ola bilsin, – Mikele cavab verdi, – bәdbәxtlik ondadır
ki, hamının hәr şeyi bol olduğu vaxtlarda belә, atam yemәk
haqqında danışırdı.
Bütün bunlar öz yerindә, amma hәqiqәtәn dә, qıtlıq
yaranmışdı, hamı әlindә-ovcunda olanlara qәnaәt etmәyә, özü
üçün saxlamağa çalışırdı. Hamı özünü elә göstәrirdi ki, guya
heç nәyi yoxdur. Mәsәlәn, Filippo, az qala, hәr gün özündәn
kasıb olan qaçqınlara deyirdi:
– Birhәftәlik unum, bir az da lobyam var. Ondan sonra
Allah ümidinә yaşamalı olacağıq.
Filippo yalan deyirdi, hamı bilirdi ki, onun bir kisә unu,
bir kisә dә lobyası var, amma oğrulardan qorxduğu üçün evinә
adam aparmırdı. Gündüzlәr qapını bağlayır, açarı cibinә qoyub
maçerada dolaşırdı. Kәndlilәrin әrzaq ehtiyatı tükәnmişdi, ilin
bu vaxtlarında onlar, adәtәn, әrzaq dalınca Terraçinaya gedirdilәr.
217