Page 222 - alberto moravia_Макет 1
P. 222
Alberto Moravia
yaşayırdı, onlar isә evdәn sәhәr çıxıb, axşam gәlirlәr. Daxmalara
yaxınlaşanda gördük ki, pasxa çörәyinә oxşayan böyük qayanın
altında nәsә qaralır – bu, mağaraya giriş idi. Qadınlardan biri
dedi ki, mağarada qaçqınlar yaşayırlar. Soruşdum ki, bizә
әrzaq sata bilәrmi? Cavabında qadın yalnız başını yellәdi vә
könülsüz әlavә etdi ki, ola bilsin, qaçqınlardan nәsә ala
bilәrsәn. Bu, mәnә qәribә gәldi, çünki adәtәn, qaçqınlar heç
nә satmır, әksinә hәr şeyi alırlar.
Hәr ehtimala qarşı, mağaraya tәrәf getdik – heç kәsә etibar
etmәyәn çoban arvadları çox qaradinmәz, azdanışan idilәr,
fikirlәşdik ki, heç olmasa, qaçqınlardan nәsә öyrәnә bilәrik.
Mağaraya yaxınlaşanda, yerә çoxlu sür-sümük atıldığını gördük,
yәqin ki, bu, qaçqınların kәsib yediyi qoyun-keçinin
sümüklәriydi; bundan başqa, yerә çoxlu zir-zibil atılmışdı:
paslı konserv qutuları, cır-cındır, yırtılmış köhnә ayqqabılar,
çirkli kağız-kuğuz. Bu, Romada mәhәllә sakinlәrinin zibil
atdığı boş sahәlәri xatırladırdı. Zibilliyin ortasında qara ocaq
yerlәri gözә dәyirdi. Mağaranın böyük, hәdsiz dәrәcәdә çirkli
girişini his basmışdı. Divarlara vurulmuş paslı mismarlardan
qazanlar, çömçәlәr, döşәmәsilәnlәr asılmışdı, bunların arasında
yenicә kәsilmiş bir keçi budu da sallanırdı: buddan yerә hәlә
qan damcılayırdı. Nә gizlәdim, içәri girәndә әmәlli-başlı
heyrәtlәndim: böyük, geniş mağaranın hündür, hisli tavanı
qübbәni xatırladırdı. Mağara o qәdәr geniş vә dәrin idi ki,
uzaqdakı divarlarını görmәk olmurdu. Bu nәhәng mağara
başdan-başa çarpayılarla, taxtlarla dolu idi. Yataqlar xәstәxana
vә ya kazarmadakı kimi yan-yana düzülmüşdü. İy-qoxudan
nәfәs almaq olmurdu, bura mәnә evsiz-eşiksiz adamların
gecәlәdiyi yataqxananı vә ya özünә baxa bilmәyәn әlillәr
evini xatırladırdı; deyәsәn, onlar heç vaxt yataqlarını yığışdır -
mır dılar; çarpayılardan çirkli mәlәfәlәr sallanırdı. Bura sığınmış
qaç qınları saymaqla qurtarmaq olmazdı. Bәzilәri çarpayıda
otu rub ora-burasını qaşıyır, ya da elә-belә, dinmәzcә qarşısına
baxırdı, digәrlәri adyala bürünüb uzanmışdı, bir çoxu isә taxt -
la rın arasındakı dar keçiddә irәli-geri gәzişirdi. Bir neçә
222