Page 226 - alberto moravia_Макет 1
P. 226

Alberto Moravia


            Bura maraqlı adamlar toplaşıb: keşiş havalanıb, karabinerlәri
            Almaniyaya aparıblar, polisin şalvarı әynindә durmur, şәhәrin
            başçısı isә – özümü nәzәrdә tuturam – acından ölür. İt yiyәsini
            tanımır, hәlә yaxşı ki, bir-birimizin әtini yemirik, әsl möcüzәdir.
                Rahibә baxışlarını qazandan ayırmadan dedi:
                – Bu, möcüzә deyil, Tanrının iradәsidir. Tanrı insanların
            bir-birinә hәyan olmasını istәyir.
                – Zarafatınızdan qalmırsınız, don Luici… – Tiko mızıldandı. –
            Siz axı yaxşı bilirsiniz ki, mundirsiz polis adi kasıb-kusubdan
            heç nәylә seçilmir. Mәnә mundir verin, burada nizam-intizam
            yaradım.
                Belә baxanda, düz deyirdi: bәzi hallarda mundir hәr şey
            demәkdir. Әynindәki rahibә geyimi olmasaydı, bu yumşaqtәbiәtli,
            xeyirxah, Tanrının yolundan çıxmayan qadının belә, burada
            hörmәti olmazdı.
                Bu haqda bәsdir… Keçi әtiylә bişirilmiş şorba o qәdәr
            yağlıydı vә elә pis görünürdü ki, baxanda adamın ürәyi bu -
            lanırdı. Şorbadan keçi iyi gәlirdi: ac olsam da, iyrәnә-iyrәnә
            qaşığı ağzıma aparırdım. Yemәk yeyә-yeyә qaçqınların söhbәtini
            dinlәyirdik. Elә bil Sant-Yeufemiyadaydıq – eyni mövzular,
            hәminki söz-söhәt. Hamı ingilislәrin gәlişindәn, bombardmandan,
            alman basqınlarından danışırdı. Fürsәt düşәn kimi soruşdum
            ki, mәnә bir az әrzaq sata bilәrlәrmi? Sualım hamını tәәc cüb -
            lәndirdi: onların heç nәyi yox idi, bizim günümüzdәydilәr –
            özlәriylә gәtirdiklәrini yeyir, tapanda pulla alırdılar. Qaçqınlar
            bizә mәslәhәt gördülәr ki, mağaranın arxasındakı daxmalarda
            yaşayan çobanlara müraciәt edәk.
                – Biz pendiri, keçi әtini onlardan alırıq. Xahiş edin, bәlkә,
            sizә dә satarlar.
                Dedim ki, artıq onların yanında olmuşuq, bizә heç nә
            satmadılar. Cavabında “şәhәr başçısı” çiyinlәrini çәkdi:
                – Yad adamlardan çәkinirlәr, onlara etibar etmirlәr, ona
            görә heç nә satmaq istәmәyiblәr. Hәm dә malı baha satmağa
            çalışırlar. Neylәmәk olar, bu tәrәflәrdә yalnız onlar heyvan
            saxlayır, başqa heç yerdәn heç nә tapmaq mümkün deyil.

             226
   221   222   223   224   225   226   227   228   229   230   231