Page 231 - alberto moravia_Макет 1
P. 231
Çoçara
bombalayırdı. Bizim maçera Antsio ilә Kassinonun arasında
yerlәşirdi deyә gecә-gündüz, gah bu, gah da o biri tәrәfdәn
eşidilәn top sәslәrindәn tәngә gәlmişdik. Sanki toplar yarışa
girmişdilәr. “Bum, bum” – әvvәlcә toplar atәş açır, sonra
Antsiodan partlayış sәslәri eşidilirdi. “Bum, bum” – Kassinoda
atılan topların sәsindәn yer-göy lәrzәyә gәlirdi. Elә bil göy
üzü nәhәng baraban idi, kimsә onu yumruqlayırdı. Belә gözәl
havalarda bu qorxunc, vahimәli sәslәr çox qәribә tәsir
bağışlayırdı, adama elә gәlirdi ki, müharibә tәbiәtin bir
parçasına çevrilib, sәmadan günәş işığı ilә birgә atәş sәslәri dә
süzülür; insanlar kimi, bahar da müharibә xәstәliyinә yoluxub.
Bir sözlә, әynimizdәki cır-cındır, aclıq vә tәhlükәlәr kimi,
yaylım atәşlәri dә hәyatımıza girmişdi, onlara elә öyrәşmişdik
ki, sakitlik çökәndә tәәccüblәnirdik. Sәn demә, hәr şeyә, hәtta
müharibәyә dә öyrәşmәk olurmuş, çünki insanları nadir hallarda
baş verәn qeyri-adi hadisәlәr yox, vәrdişlәr dәyişdirir. Vәrdiş –
insanın ümumi gedişata tәslim olduğunu göstәrir.
Aprelin ilk günlәrindә dağlar artıq al-yaşıl geyinmiş, әtrafda
hәr şey çiçәk açmışdı. Havalar elә xoş keçirdi ki, sәhәrdәn-
axşamacan hamı çöl-bayırda dolaşır, evә yığışmırdı. Amma
çiçәklәyәn bu gözәl bitkilәrә baxıb, göz dolusu sevinә bilmirdik:
axı otlar böyüyәndә saplağı bәrkiyir, liflәri çoxalır, onları
yemәk olmur. Sözün qısası, son ehtiyatlarımız da tükәnmişdi,
heç kasnı da tapılmırdı. Bizi yalnız ingilislәrin gәlişi bu
vәziyyәtdәn çıxara bilәrdi. Ağaclar da çiçәklәmişdi: şaftalı,
badam, alma-armud ağacları dağ yamacında sakit havada
süzәn pәnbә vә çәhrayı bulud topalarını xatırladırdı. Biz bu
gözoxşayan zәrif çiçәklәrә tamaşa edir, istәr-istәmәz fikirlәşirdik
ki, ağaclar bar verәcәk, meyvәlәrdәn doyunca yemәk imkanımız
olacaq; amma onlar hәlә bir neçә aydan sonra yetişәcәk. Tor-
paqdan yenicә cücәrәn zәrif, mәxmәr kimi yumşaq taxıl
zәmisinә baxanda da ürәyimizdәn qara qanlar axırdı: bilirdik
ki, taxıl yetişәnәcәn xeyli vaxt keçәçәk. Taxılı biçәndәn sonra
dәyirmanda üyüdüb xәmir yoğurmaq, hәr biri bir kilo ağırlığında
әtirli çörәk bişirmәk arzusu ilә yaşayırdıq. İnsan ac olanda
231