Page 235 - alberto moravia_Макет 1
P. 235

Çoçara

          yalnız uşaq girә bilәr; amma uşaq tәkbaşına bu işi görә bilmәz,
          ona kimsә kömәk edib. Axırda bu qәrara gәldi ki, bu, Mariolonun
          – qaçqınlardan birinin oğlunun işidir vә şübhәsiz, ona atası
          kömәk elәyib. Filippo öz ehtimallarını arvadına vә qızına
          bildirmәsәydi,  hәr şey bununla da yekunlaşacaqdı. Filipponun
          arvadının dilindә bu ehtimal fakta çevrildi.  Artıq qadınlar
          Mariolonun ailәsi ilә salamlaşmır, onları görәndә ağız büzür,
          yan keçirdilәr. Bir neçә gündәn sonra isә eyham vurmağa
          başladılar:
             – Bugünkü çörәk necәdir, yaxşıdır?
             Yaxud:
             – Mariolodan muğayat olun… pәncәrәlәrә dırmaşanda
          yıxılıb qol-qıçını sındıra bilәr.
             Nәhayәt, günlәrin bir günü ailә başçısının gözünün içinә
          baxa-baxa bәyan etdilәr:
             – Bilirsiniz, siz kimsiniz? Sizin ailә quldur dәstәsidir.
              Әlbәttә, böyük qalmaqal qopdu, onların çığır-bağırı
          dünyanı başına götürdü. Qaçqının arvadı, cındırından cin
          ürkәn, pәrişan görkәmli, bәstәboy, xәstәhal qadın cır sәslә
          tәkrarlayırdı:
             – Yeri get, get işinlә mәşğul ol.
             Bilmirәm, bununla nә demәk istәyirdi. Filipponun arvadı
          isә sakitlәşmәk bilmir, sәsini başına atıb bağırırdı ki, onların
          hamısı oğrudur. Qadınlar qәzәbli qırt toyuqlar kimi üz-üzә
          dayanmışdılar. Onlardan biri elә hey tәkrarlayırdı: “Get, get!”,
          digәri isә dayanmadan qışqırırdı ki, onların ailәsi xalis quldur
          dәstәsidir. Rozettayla mәn bu zaman öz kiçik otağımızda
          oturub, Mikelenin gәtirdiyi çörәyi nuş edirdik.  Vicdanımız
          sızlasa da, qadınların çığır-bağırına mәhәl qoymadan, iştahayla
          yeyirdik. Boynuma alım ki, mәhz oğurluq olduğuna vә gizlindә
          yediyimiz üçün bu çörәk mәnә xüsusi lәzzәt verirdi. O gündәn
          sonra Mikele, ata-anası duyuq düşmәsin deyә az-az, özü dә
          günün müxtәlif vaxtlarında çörәk gәtirmәyә başladı. Doğrudan
          da, o gündәn etibarәn daha heç kәs oğurluqdan xәbәr tutmadı.
             Bizi dәrd-qәmә düçar edәn güllü-çiçәkli aprel ayı qurtardı,
          may gәldi, istilәr başladı.  Aclıq vә ümidsizlik әzablarına


                                                              235
   230   231   232   233   234   235   236   237   238   239   240