Page 234 - alberto moravia_Макет 1
P. 234

Alberto Moravia


            kapitan Almaniyaya qoduq göndәrir, ona yolda süd vermәlәrini
            tapşırır. İtaliyan uşaqlar isә süd tapmırlar. Bu sadә şeylәri başa
            düşmәyәn kapitan İtaliyaya vә italyanlara mәhәbbәtdәn necә
            dәm vurur? Buna baxmayaraq, mәnә elә gәldi ki, alman zabiti
            bunları bilә-bilә etmәyib. Hәr halda, bu zabit indiyәcәn
            gördüyüm almanların әn yaxşısı idi. O, alman olduğuna görә
            belә hәrәkәt etmişdi. Dediyim kimi, almanlarda nәsә çatmır,
            yarımçıq insanlardır. Ola bilsin, onların da bәzi yaxşı keyfiyyәtlәri
            var, amma bu keyfiyyәtlәr dә birtәrәflidir, bütöv deyil. Bu
            mәnada almanlar divar dibindә bitmiş ağac kimidirlәr – onların
            budaqlarının hamısı yalnız bir tәrәfә uzanır.
                Әrzaq tapmaq lap çәtinlәşmiş, müşkülә çevrilmişdi. O
            ağır günlәrdә Mikele bizә kömәk etmәyә çalışır, әlindәn gәlәni
            edirdi. Özü dә bunu gizlәtmirdi – o, sәhәr vә günorta yemәyinin
            bir hissәsini bizә gәtirir, bu zaman evdәkilәrin onu narazı
            baxışlarla süzdüyünә mәhәl qoymurdu. Elә günlәr olurdu ki,
            Mikele atasının әrzaq ehtiyatından bәzi yemәk şeylәri oğurlayıb
            bizә gәtirirdi. Bir dәfә bizә gәlәndә әlimdәki kiçik çörәk
            parçasını ona göstәrib dedim ki, qarğıdalı unundan bişirilmiş
            bu çörәkdәn savayı, evdә yemәli heç nә qalmayıb. O qayıtdı
            ki, anasının tәknәsindәn gizlicә çörәk götürüb, bizә verәcәk.
            Elә dә elәdi. Hәr dәfә bizә ağ undan bişirilmiş bir parça çörәk
            gәtirirdi. O vaxtlar hamı una kәpәk vә qarğıdalı unu qatırdı,
            Filippogildәn savayı. Di gәl, Filippo hey giley-güzar edir,
            hamıya şikayәtlәnirdi ki, ailәsi aclıq çәkir. Bir dәfә Mikele iki
            bütöv çörәk gәtirdi: hәmin gün onların evindә çörәk bişirilmişdi,
            o da fikirlәşmişdi ki, bu oğurluqdan heç kәs xәbәr tutmaz.
            Amma Filippo itkini hiss edib bir çığır-bağır saldı ki, gәl
            görәsәn. O, sәsini başına atıb çığırır, deyirdi, olan-qalan
            әrzağını oğurlayırlar. Bu zaman mәhz nәyin oğurlandığını
            dilinә gәtirmirdi: axı hamıya demişdi ki, evdә çörәk bişirmәyә
            un qalmayıb. Filippo әsl polis işçisi kimi tәhqiqat apardı:
            pәncәrәnin hündürlüyünü vә enini ölçdü, otluqdakı ayaq
            izlәrini gözdәn keçirdi, otağı başdan-başa yoxladı ki, görsün
            oğru başqa izlәr buraxıb, ya yox? Nәticәdә bu qәnaәtә gәldi
            ki, pәncәrә çox kiçikdir, özü dә hündürdәdir, demәli, buraya


             234
   229   230   231   232   233   234   235   236   237   238   239