Page 236 - alberto moravia_Макет 1
P. 236

Alberto Moravia

            milçәklәr vә arılar da әlavә olundu. Daxmada milçәk әlindәn
            tәrpәnmәk olmurdu, işimiz-peşәmiz bütün günü onları qovlamaq
            idi. Gecәlәr milçәklәrin hamısı paltar asdığımız ipin üzәrinә
            oturur, zivә qapqara olurdu. Daxmanın çatısında yuva quran
            arılar bizi göz açmağa qoymurdu, onları qovmaq mümkün
            deyildi, çünki qәzәblәnib, dәqiqәbaşı bizi sancırdılar. Elә
            zәiflәmişdik ki, tez-tez tәrlәyirdik, düzәmәlli yuyunmaq,
            paltarımızı dәyişmәk imkanı olmadığından, istilәr düşәndәn
            sonra sәfilә, dilәnçilәrә oxşamağa başladıq. Mәnә elә gәlirdi
            ki, kәnardan baxanda biz monastır qapılarında dilәnәn, yaşı,
            cinsi bilinmәyәn dilәnçi qadına bәnzәyirik. Olan-qalan paltarımız
            iyli-qoxulu әsgi parçalarına çevrilmişdi. Çoçilәrimiz (çoxdandır
            ki, ayaqqabı üzünә hәsrәt idik) tamamilә yararsız hala düşmüşdü,
            xüsusilә dә Paride avtomobil tәkәrindәn kәsib-götürdüyü rezin
            parçasıyla onları yamayandan sonra. Qışda birtәhәr qaldığımız,
            amma indi milçәklәrin vә arıların meydan suladığı daxma
            bizim üçün әsl hәbsxana kamerasına çevrilmişdi. Sәbirli,
            hәlimxasiyyәtli Rozetta daha çox әziyyәt çәkirdi, çünki mәn
            kәndli qızıydım, çox çәtinliklәr görmüşdüm, amma o, şәhәrdә
            doğulub-böyümüşdü. Bir dәfә Rozetta mәnә dedi:
                – Ana, sәn elә hey yemәk barәdә danışırsan, amma mәn
            bir il dә ac qalardım, tәki tәmiz paltarım, sәliqәli otaqda
            qalmaq imkanım olaydı.
                İş burasındadır ki, düz iki aydı yağış yağmırdı deyә su da
            mataha çevrilmişdi. Rozetta artıq hәr sәhәr başına bir vedrә su
            tökә bilmirdi. Dediyim kimi, qış aylarında belә, hәr sәhәr
            başından bir vedrә su tökmәyә öyrәşmişdi, onda buna bir elә
            ehtiyac olmasa da…
                Mayda qaçqınların nә dәrәcәdә pis vәziyyәtә düşdüyünü
            göstәrәn bәzi hadisәlәr oldu. Sәn demә, qaçqınlar Filipponun
            evindә toplantı keçiriblәr. Orada yalnız kişilәr iştirak edib;
            düşünüb-daşınıb, qәrara alıblar ki, әgәr ingilislәr mayda da
            gәlib-çıxmasa, silahı olan qaçqınlar (bәzilәrindә revolver vә
            ya ov tüfәngi, digәrlәrindә bıçaq vardı) kәndlilәri mәcbur
            edәcәklәr ki, әrzaq ehtiyatlarını onlarla paylaşsınlar. Toplantıda



             236
   231   232   233   234   235   236   237   238   239   240   241