Page 240 - alberto moravia_Макет 1
P. 240
Alberto Moravia
– Bәs Fondidәki almanların aqibәti necә oldu? – Mikeledәn
soruşdum.
– Yәqin ki, dabanlarına tüpürüb, Romaya doğru qaçırlar, –
cavab verdi.
Mikele bildirdi ki, müttәfiqlәr almanların müdafiә xәttini
yarıb, indi geriyә çәkilәn faşistlәrә toplarla zәrbәlәr endirilir.
Bu zaman әlbәyaxa döyüş, süngüylә hücum-filan olmadı.
Ölüb-yaralananlar barәdә dә heç nә eşitmәdik. Gecәnin bir
alәmindә gördük ki, İtri sәması ağappaqdır, arabir işıq zolaqları
onu qırmızı rәngә boyayırdı. Qırmızı zolaqlar get-gedә çoxalırdı,
sanki şәhәrdә atәşfәşanlıq başlamışdı, ulduzlu sәmanın fonunda
artilleriya atәşi sәmaya dağılan fişәng kimi görünürdü. Bu
mәnzәrәyә tamaşa etmәkdәn yorulub, yatağa uzandıq. Amma
yata bilmәdim, çünki çox isti idi, üstәlik, Rozetta dil-boğaza
qoymur, dayanmadan nәsә üyüdüb-tökürdü… Sәhәr tezdәn
güclü partlayış sәsinә oyandıq. Başılovlu yerimizdәn qalxıb
çölә qaçdıq. Sәn demә, bu dәfә bizim qәsәbәmizi atәşә
tutublarmış. Onda ilk dәfә başa düşdüm ki, toplar tәyyarәdәn
dә qorxuludur: tәyyarәni, heç olmasa, gözlә görmәk olur, on-
lardan qaçıb-qurtulmaq mümkündür, hәr halda, hara
istiqamәtlәndiklәrini gördüyün üçün ümid edirsәn ki, başını
gizlәtmәyә macal tapacaqsan. Topları isә görә bilmirsәn, onlar
haradasa uzaqlarda olur vә sәn görmәsәn dә, onlar, necә
deyәrlәr, elә hey sәni axtarır; şәhadәt barmağı kimi sәnә
tuşlandıqları üçün onlardan qaçıb-gizlәnmәk mümkün deyil.
Tezliklә xәbәr tutduq ki, partlayış Filipponun evinin
yaxınlığında baş verib. Mikele qaça-qaça gәlib sevincәk bәyan
etdi ki, bir az sәbir etmәk lazımdır, bir neçә saata hәr şey hәll
olunacaq. Ona dedim ki, indiki halda bir neçә saniyәdә
hәyatımızı itirә bilәrik. Mikele çiyinlәrini çәkib, arxayın-
arxayın dedi ki, artıq özümüzü ölümsüz saya bilәrik… Dәhşәtli
partlayış sәsi onun sözünü ağzında qoydu. Yer yerindәn oynadı,
tavandan başımıza toz-torpaq әlәndi, hava birdәn-birә qaraldı,
240