Page 244 - alberto moravia_Макет 1
P. 244

Alberto Moravia


                – Cәbhә xәtti artıq Qarilyanodan keçmir, – o, sözünü
            tamam ladı, – indi biz şimala tәrәf getmәliyik… Oradakı
            dağlarda möhkәmlәnәcәyik.
                Ölüyә oxşasalar da, heylәri qalmasa da, yenә mübarizә
            aparmaq, müharibәni davam etdirmәk barәdә danışırdılar.
                –  Müdafiә xәttini kim yardı: ingilislәr, yoxsa amerikalılar? –
            Mikele soruşdu.
                Bu sualı vermәklә, görünür, Mikele ehtiyatsızlıq etmişdi:
            sarışın alman dodağını büzüb istehzayla gülümsündü:
                – Nә fәrqi var? Әziz sinyor, onu bilmәyiniz kifayәtdir ki,
            tezliklә dostlarınız burada olacaqlar.
                Mikele özünü elә göstәrdi ki, guya onun sәsindәki istehzanı
            vә tәhdid notlarını sezmir. Odur ki, heç nә olmamış kimi
            soruşdu:
                – Sizә nә kömәyimiz dәyә bilәr?
                – Bizә yemәk lazımdır… – sarışın cavab verdi.
                Dediyim kimi, evdә әrzaq qalmamışdı, son tikәlәri yeyirdik;
            Filippodan savayı, heç kәsin evindә bir dәnә dә çörәk tapmaq
            olmazdı. Odur ki, toplaşanlar bir-birinә tәrәf boylanmağa
            başladı.
                –  Yemәk! Bizdә yemәk nә gәzir? – hamının fikrindәn
            keçәnlәri almanın üzünә dedim. – İngilislәr tezliklә әrzaq
            gәtirmәsә, hamımız acından qırılacağıq. Siz dә gözlәyin, sizin
            dә yemәyiniz olacaq.
                Bu zaman Mikelenin mәnә “sus!” işarәsi verdiyini görüb,
            başa düşdüm ki, ağılsızlıq etmişәm. Alman üzümә zillәndi,
            sanki üz cizgilәrimi yadında saxlamaq istәyirdi.
                –  Yaxşı mәslәhәtdir: ingilislәri gözlәmәk! – nәhayәt, o
            dillәndi. Bir müddәt belәcә hәrәkәtsiz qaldıqdan sonra yavaş-
            yavaş әlini qaldırıb, gödәkcәsinin altında nәsә axtarmağa
            başladı. – Dedim ki, yemәk istәyirik. – Bunu deyib, iri, qara
            tapançasını çıxarıb biz tәrәfә tuşladı.


             244
   239   240   241   242   243   244   245   246   247   248   249