Page 247 - alberto moravia_Макет 1
P. 247
Çoçara
Sarışın heç nә demәdi, yalnız tapançasını yellәdi, sanki
milçәk qovurdu. Filippo yenә sәsini başına atdı:
– İncilә and olsun ki, oğlum dağları tanımır. Mәnim oğlum
yazıb-oxumaqla, elm öyrәnmәklә mәşğuldur, dağları necә
tanıya bilәr?
– Bәsdir, o, bizimlә gedәcәk, vәssalam, – sarışın alman
ayağa qalxıb, tapançanı әlindәn buraxmadan kәmәrini düzәltdi.
Filippo matdım-matdım almana baxır, sanki onun nә
istәdiyini anlamırdı. O, birdәn-birә udqundu vә diliylә dodaqlarını
yaladı: yәqin, nәfәsi çatmırdı. Onun istәr-istәmәz tәkrarladığı
sözlәr yadımda qalıb: “Burada axmaq yoxdur”.
Yazıq Filippo – indi o, nә axmaq idi, nә ağıllı, oğlunu
itirmәk istәmәyәn adi insan, ataydı. O, ildırım vurmuş kimi
bir anlığa dayanıb, sonra yenidәn qışqırmağa başladı:
– Mәn gedәcәm! Oğlumun yerinә mәni aparın. Mәn dağları
yaxşı tanıyıram. Әvvәllәr çәrçi olmuşam, bu dağları eninә-
uzununa, qarış-qarış gәzmişәm. Sizi lap qәrargahınıza qәdәr
ötürәrәm. Sizi әn rahat, heç kimin tanımadığı, bilmәdiyi
cığırlarla apararam. Hәr şey yaxşı olacaq, sizә söz verirәm. –
O, arvadına tәrәf çevrilib әlavә etdi: – Mәn gedirәm, narahat
olmayın, sabah axşam qayıdacam.
Filippo şalvarını yuxarı çәkdi, hәtta birtәhәr gülümsәmәyә
çalışdı. Sonra almana yaxınlaşıb, әlini onun çiyninә qoydu,
üzünә arxayın ifadә verib dedi:
– Nә isә, yol uzundur, yığışın gedәk.
Amma sәn saydığını say.
– Yox, siz çox yaşlısınız. Bizimlә oğlunuz gedәcәk, bu,
onun borcudur, – alman sakit sәslә dedi vә Filipponu tapançanın
lülәsi ilә kәnara itәlәyib Mikeleyә yaxınlaşdı, yenә dә tapançayla
işarә etdi: – Düş qabağa.
Toplaşanlardan kimsә qışqırdı:
– Mikele, qaç!
247