Page 250 - alberto moravia_Макет 1
P. 250

Alberto Moravia


            ölәk. Amma gözümüzә yuxu getmәdi – hәr beş-on dәqiqәdәn
            bir partlayış sәslәrinә oyanır, qalxıb çarpayıda otururduq; bir
            sözlә, hәmin gecә gözümüzә yuxu getmәdi: Rozetta Mikeleyә
            görә çox narahat idi. İndi başa düşürәm ki, mәndәn fәrqli
            olaraq, Rozetta Mikelenin başına gәlәnlәri ürәyinә salıbmış.
            Qaranlıqda tez-tez Rozettanın sәsini eşidirdim:
                – Ana, görәsәn, indi Mikele haradadır?
                Yaxud:
                – Ana, Mikelenin qayıdıb gәlәcәyinә, doğrudan, inanırsan?
                Vә ya:
                – Ana, yazıq Mikele indi neylәyir?
                Bir tәrәfdәn bilirdim ki, Mikeleyә görә iztirab çәkәn
            Rozetta haqlıdır, digәr tәrәfdәn, hirsimi güclә boğurdum,
            çünki dediyim kimi, mәnә elә gәlirdi ki, tezliklә Sant-
            Yeufemiyadan çıxıb-gedәcәyik, ona görә dә öz qeydimizә
            qalsaq yaxşıdır. Rozettanın suallarına könülsüz, dilucu cavab
            verir, onu sakitlәşdirmәyә çalışırdım. Axırda sәbrim tükәndi…
                – Yat, onsuz da, ona kömәk elәyә bilmәyәcәksәn. Әminәm
            ki, pis heç nә olmayacaq. Bәlkә dә, indi evә qayıdan yoldadır.
                Rozetta yuxulu-yuxulu yenә tәkrarladı:
                – Yazıq Mikele! – bunu deyib, nәhayәt, yuxuya getdi.
                Sәhәr tezdәn gözümü açanda gördüm Rozetta yanımda
            yoxdur. Yerimdәn dik atılıb bayıra qaçdım; artıq gün çıxmışdı,
            top sәslәri kәsilmişdi, maçerada böyük bir canlanma vardı.
            Qaçqınlar daxmaların arasında vurnuxur, kәndlilәrlә vidalaşır,
            әşyalarını qabqarırdılar. Bәzilәri artıq Fondiyә aparan cığırla
            aşağı enirdilәr. Rozettanı heç yerdә görmәyincә vahimәlәndim,
            oyan-buyana qaçıb, onu sәslәmәyә başladım. Hamı öz işindәydi,
            mәnә fikir verәn yox idi. Birdәn ağlıma gәldi ki, yәqin, axmaq
            fikirlәrә düşdüyüm üçün Tanrı mәni cәzalandırır. Rozetta yoxa
            çıxmışdı, amma bu, heç kәsin vecinә deyildi, heç kim işini
            saxlayıb, mәnimlә maraqlanmırdı. Başımı itirmişdim,
            neylәyәcәyimi bilmirdim. Xoşbәxtlikdәn, elә bu vaxt Paridenin
            arvadı Luiza başını daxmadan çölә çıxarıb sәslәndi:

             250
   245   246   247   248   249   250   251   252   253   254   255