Page 245 - alberto moravia_Макет 1
P. 245

Çoçara


             Qorxudan özümü itirdim; tapançadan yox, almanın gözünün
          ifadәsindәn qorxmuşdum. Onun gözlәri tәlәyә düşmüş, amma
          hәlә dişlәrini qıcırdadan vәhşi heyvanın gözlәrini xatırladırdı.
          Mikele isә heç nә olmamış kimi, üzünü Rozettaya tutub dedi:
             – Qaç atama de ki, almanlar üçün bir az çörәk versin.
             Mikelenin sәsi dәyişmişdi, sanki almanlara bildirmәdәn,
          Rozettaya demәk istәyirdi ki, buradakı vәziyyәti atasına
          çatdırsın. Rozetta Filipponun evinә sarı qaçdı. Biz yerә uzanmış
          almanların yanında dayanıb, gözlәmәyә başladıq. Bir müddәt
          susduqdan sonra alman dillәndi:
             – Biz tәkcә çörәk istәmirik… Sizlәrdәn kimsә bizimlә
          gedib, şimala aparan cığırı göstәrәcәk.
             – Cığır odur, orada, – Mikele yamacla yuxarı qalxan cığırı
          göstәrdi.
             – Onu özüm dә görürәm, – sarışın dedi, – amma biz bu
          dağları tanımırıq, bizә bәlәdçi lazımdır. Bax bu qız olsa, pis
          olmaz.
             – Hansı qız?
             – Çörәk dalınca gedәn qız.
             Damarımda qanım dondu: müharibәnin qızğın çağında
          mәnim Rozettamı aparsalar, Allah bilir, bir daha onu görә
          bilәcәyәmmi? Mәndәn fәrqli olaraq, Mikele sakit görünürdü:
             – Bu qız buralı deyil, dağları sizdәn dә pis tanıyır.
             – Elә isә – sarışın dәrhal cavab verdi, – bizimlә siz
          gedәcәksiniz, hörmәtli sinyor. Axı siz buralısınız, elә deyil-
          mi?
             İstәdim Mikeleyә qışqıram ki: “Sәn dә buralı deyilsәn axı,
          bunu onlara de”, – amma macal tapmadım. Mikele o qәdәr
          düzgün adam idi ki, yalan danışmağı özünә sığışdıra bilmәzdi.
          Odur ki, almana dedi:
             – Elәdir, buralıyam, amma mәn dә dağları tanımıram,
          çünki şәhәrdә böyümüşәm.
             Cavabında alman qәhqәhә çәkib gülmәyә başladı:


                                                              245
   240   241   242   243   244   245   246   247   248   249   250