Page 243 - alberto moravia_Макет 1
P. 243

Çoçara


             Birlikdә almanların olduğu yerә getdik. Onlar Paridenin
          qoyub-gәldiyi yerdәcә, anbarın kölgәsindә yerә uzanmışdılar.
          Beş nәfәr idilәr: indiyәcәn bu qәdәr yorğun, әldәn-dildәn
          düşmüş adamlar görmәmişdim. Samanlıqda heysiz, ölü kimi
          uzanmışdılar. Üçü yuxuya getmişdi. Hәr halda, gözlәri yumulu
          idi, dördüncü arxası üstә uzanıb, gözünü göyә zillәmişdi,
          beşinci isә başını samandan düzәltdiyi başaltına qoyub düz
          qarşısına baxırdı. Әn çox diqqәtimi çәkәn sonuncu alman
          oldu: o, sarışın, mavigözlü kişi idi, kirpiklәri dә dәrisi kimi ağ
          idi, açıq rәngli saçları sәliqәylә daranmışdı. Sir-sifәti toz
          içindәydi, yanaqlarında göz yaşının qurumuş izlәrini görmәk
          olurdu, dodaqları bir neçә yerdәn çatlamış, gözlәri qızarmış
          vә çuxura düşmüşdü. Hәmişә almanları sәliqәli paltarda, ütülü
          mundirdә görmüşdüm, hәr dәfә onlara baxanda mәnә elә
          gәlirdi ki, mundiri elә indicә sandıqdan çıxarıblar. Bu әsgәrlәrin
          mundiri isә әzik-üzük idi, sanki rәngini dә dәyişmişdi, elә bil
          qәsdәn toza bulaşdırmış, hisә vermişdilәr. Kәndlilәr bir az
          aralıda onların tamaşasına durmuşdular, sanki görünmәmiş,
          әcaib mәxluqlara baxırdılar. Almanlar isә hәrәkәtsiz, sakitcә
          uzanmışdılar. Mikele onlara yaxınlaşıb alman dilindә haradan
          gәldiklәrini soruşdu.
             Sarışın әsgәr, yerә mıxlanıbmış kimi, başını qaldırmadan,
          sakit sәslә dedi:
             – İtalyan dilindә danışa bilәrsiniz… mәn italyanca bilirәm.
             Mikele sualını italyanca tәkrarladı, sarışın cavab verdi ki,
          cәbhәdәn gәlirlәr. Mikele nә baş verdiyini soruşanda sarışın
          alman iflic olmuş adamlar kimi, yerindәn tәrpәnmәdәn, olduqca
          yavaş, kәdәrli, sakit sәslә danışdı ki, onlar topçulardır, düz iki
          gün tәyyarәlәr almanları göz açmağa qoymayıb, bomba yağışına
          tutub, nәticәdә bütün toplar vә sәngәrlәr sıradan çıxıb,
          yoldaşlarının çoxu hәlak olub, onlar isә qaçıblar.


                                                              243
   238   239   240   241   242   243   244   245   246   247   248